Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Botaniki terminlər lüğəti” kitabı işıq üzü görüb.
TehsilMedia.az xəbər verir ki, bu barədə AzEdu.az-a institutdan bildirilib. Kitab Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova, biologiya üzrə fəlsəfə doktoru, professor Hüseynağa Əsədov, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov, İlhamə Mircəlallı və Kəmalə Sadıqova tərəfindən hazırlanıb. Müəlliflər “Botaniki terminlər” lüğətini tərtib edərkən bitkilər aləminin ən xarakterik proseslərini oxuculara çatdırmağa səy göstəriblər.
Kitab botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, biologiya müəllimləri, meşə təsərrüfatı mütəxəssisləri və təbiətsevərlər üçün nəzərdə tutulub.