"Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir".
"TehsilMedia.az" ın məlumatına görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı bildirib.
O bildirib ki, bu il xalq olaraq Azərbaycanın ərazi hüdudlarının bərpa olunmasında son nöqtəni Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaldaraq qoydu:
“Böyük Qayıdış prosesi sürətlə davam etdirilir. Bu tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin üzərinə düşən vacib vəzifədir. Mürəkkəblə yox, qanla yazılan yeni salnaməmiz, Azərbaycanın dünyaya açıq siyasəti bugünkü aparıcı istiqamətlərdən olmalıdır. Bu tarixi gənclərə çatdırmaq müəllimlərin üzərinə düşən böyük düşən vəzifədir”.