Türkiyənin Hatay vilayətində 95 illik tarixə malik valilik binasının bərpası üçün tədbirlər planı hazırlanıb.
TehsilMedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, böyük əhəmiyyətə malik binanın tikintisinin 2025-ci ildə başa çatacağı planlaşdırılır.
Qədim bina cari il fevralın 20-də Hatay vilayətində baş verən güclü zəlzələ zamanı böyük dağıntıya məruz qalıb.
Hatay vilayətinin bələdiyyə başçısı Mustafa Masatlı yaşanan fəlakətdə tarixi abidələrə ciddi ziyan dəydiyini vurğulayıb: “Hatayda 80 mindən çox binaya ciddi ziyan dəyib və ya çöküb. Təbii ki, bu fəlakətdə tarixi abidələrimizə də ciddi ziyan dəyib. Hazırda bütün tarixi əsər və tikililərimiz üzərində yenidənqurma işləri davam edir. Elə bir tarixi bina və ya tarixi abidə qalmayıb ki, davamlı işlər görülməsin. Bunlardan biri də əvvəllər idarəetmə qərargahı olam valilik binasıdır. Binada bərpa və yenidənqurma işləri aparılacaq”.