"Yeni il Azərbaycanın mədəniyyət sahəsində mühüm hadisələrlə yadda qalacaq. Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq".
TehsilMedia.az xəbər verir ki, bu barədə qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında deyib.
O bildirib ki, Yazıçılar Birliyinin tarixində qara səhifələr, ağır günlər də olub, amma bununla bərabər sovet dövründə Azərbaycan ədəbiyyatını yaşadan AYB olub:
"44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmışıq. Bu qələbədə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də ədəbiyyatın, incəsənətin də rolu var. Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. Biz hər zaman olduğu kimi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir və onun yanında olduğumuzu bildiririk".