Rusiyanın Xabarovsk vilayətində fəaliyyət “Azərbaycan Birliyi” ictimai təşkilatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram şənlikləri təşkil edib.
TehsilMedia.az xəbər verir ki, bu məqsədlə “Azərbaycan Birliyi”nin nümayəndələri 1 nömrəli uşaq evi və 3 nömrəli internat məktəbini ziyarət ediblər.
“Azərbaycanlılar Birliyi” ictimai təşkilatının sədri Məmməd İsgəndərov uşaqları bayramlar münasibətilə təbrik edib, Həmrəylik Gününün tarixi, mahiyyəti, eləcə də Azərbaycan tarixi və mədəniyyəti barədə məlumat verib.
Sonra uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib, mahnılar səsləndirilib və rəqslər nümayiş etdirilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.
1 nömrəli uşaq evinin və 3 nömrəli internat məktəbinin rəhbərliyi “Azərbaycan Birliyi” ictimai təşkilatına bu diqqət və qayğıya görə minnətdarlığını bildirib.