Xəbər verdiyimiz kimi, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.
TehilMedia.az xəbər verir ki, bu hadisəyə təhsil eksperti Elçin Əfəndi münasibət göstərib.
“Hər gün maarifləndirməyə çalış, təhsil almağa təşviq et, amma nə faydası?
Sabirabadda 12 yaşlı qızı 32 yaşlı kişi ilə nişanlayıblar.
O qızın oxumaq, təhsil almaqla bağlı nə arzuları vardı. Hamısı kimlərinsə nə deyərinə, nəfsinə qurban getdi.
Əziz valideynlər, bunu bir neçə dəfə demişəm, indi də təkrar edirəm. Çalışın qızlarınızı erkən yaşda nikah haqqında şəhadətnamə ilə deyil, diplomla təmin edin, gələcəyini sığortalayın”-,qeyd edib.