Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.
TehsilMedia.az xbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə gətirilib.
Əklil mərhumun məzarının üzərinə qoyulacaq.
Qeyd edək ki, yanvarın 7-də Ankarada müalicə aldığı xəstəxanada vəfat edən Aygün Bəylərlə vida mərasimi keçirilir.