Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən "
TehsilMedia.az"a bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.