Aprelin 3-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonu Nemətabad kənd H.M.Əhmədov adına tam orta məktəbində proqam təminatı üzərindən bir neçə istiqamətdə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin yerdəyişməsi zamanı bir sıra nöqsan və neqativ hallar aşkar olunmuşdur.
Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru İkram Mamoyev 05 aprel 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.
Əlavə olaraq bildirilib ki,Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.