Yeni təhsil ilinin açılması ilə bərabər Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında olan mübahisə valideynin uşağı çox şiddətli şəkildə zədələməsi ilə nəticələnmişdir. Belə ki, IX sinif şagirdi Həsənov Musa Zahid oğlu "R" hərfini deyə bilmədiyinə görə davamlı sinif yoldaşı tərəfindən təhqir olunurdu. Sentyabrın 17-i dərsdə yenidən təhqir edib, alçaldarkən Musa bir daha belə etməməsini bildirir. Lakin həmin şagird müəllimdən dişinin ağrımasını bəhanə edərək dərsdən icazə alıb evinə gedir. Tənəffüs zamanı uşaqlar məktəb həyətində bar yeyərkən təhqir edən şagirdin atası İbişov Ruslan İlyas oğlu Musanı şiddətli şəkildə döymüşdür.
Həddindən artıq ağır zədə alan Musanı yoldaşları zorla valideynin əlindən alsalar da, valideynin hirsi soyumur və məktəbə daxil olaraq yenidən şagirdə hücum çəkir. Müəllimlərdən biri zor-bəla ilə uşağı qoruya bilir. Yaralı şagirdin baş, boyun, burun nahiyyəsindən aldığı zədələrdən 5 gündür xəstəxanalarda gəzir. Sözün əsl mənasında uşağın səhhəti yaxşı deyil.
Valideyn Musayev Zahid polisə şikayət etmişdir. Bir neçə müəllim və şagird də izahat yazmış və Musanın tam günahsız olduğunu, bütün günahın valideyndə və övladında olduğunu bildirsə də, polis heç bir addım atmamışdır. Nəzərə alın ki, ibişov Ruslan İlyas oğlu həm də məktəbi, rəhbərliyi də əxlaqsız söyüşlərlə təhqir etmişdir. Bunu da müəllimlər və şagirdlər görmüşdür.
Tək Musa deyil, hətta digər şagirdlər də artıq məktəbə getməyə qorxur və şagirdlər və valideynlər bilərək şagirdləri dərsdən yayındırırlar. Çünki məktəb həyətində və daxilində günahsız uşağın başına bunlar gəlirsə, demək ki, heç kəsin təhlükəsizliyi qorunulmur və cavabdehlik daşınmır.
Tək Musanın səhhətindən danışmaq da düzgün deyil. Nəzərə alın ki, uşaq 5 gündür nə məktəbə gedə bilir, nə hazırlığa gedə bilir. Nə ailənin maddi vəziyyəti yaxşı deyil, hansı ki, xəstəxana - xəstəxana gəzir. Nə də ki, uşaq təhqir olunduğu üçün psixoloji vəziyyəti yaxşı deyil. 15 yaşlı uşağın şəxsiyyətinə, mənliyinə, qüruruna toxunmaq düzgün deyil.
Nəzərə alın ki, inkluziv şagirdlərdən danışan Nazirlik, hər yerdə tədbirlər keçirən rəhbərliklər heç biri addım atmır, Musanın təhlükəsizliyi ilə maraqlanmır, valideynin şikayətinə münasibət bildirmir.
Aidiyyatı qurumların dərhal prosesi araşdırmasını və lazımi tədbirlərin görülməsini tələb edirik.