17 sentyabr tarixində Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı sizlərə məlumat vermişdik. Hansı ki, 2 uşaq arasında yaranmış münaqişəyə əsasən Yusifin valideyni İbişova Ruslan İlyas oğlu guya məktəbə gələrək şagird Həsənov Musa Zahid oğlunu döymüşdür.
Əslində isə vəziyyət tamamilə qarmaşıq bir haldadır. Belə ki, bu iki ailə arasında illərə dayanan bir dava vardır. Şagirdlərdən Yusifi (uşağı döyüdüyü iddia edilən atanın oğlunu) hər kəs öz ədəbi, mədəniyyəti, çox sakit və ağıllı, tərbiyəli uşaq kimi tanınır. Amma Musa (döyülən uşaq) bütün kənd tərəfindən mənfi bir şəxs kimi tanınır. Maraqlandığımızda davamlı mənfi münasibətlə qarşılaşdıq. Kənd əhalisi mənfi rəylər verdi. Hətta sosial şəbəkədə xoşagəlməz videoları da diqqətimizdən yayınmadı. Düzdü hadisədən bu yana bir neçəsi səhifəsindən silinsə də, onsuz da məktəb tərəfindən bilinir.
Uşağın çox pis döyüldüyü deyilsə də, məktəbdə kameralar olsa da, ortada heç bir nə video, nə də bir şey yoxdur. Sadəcə valideynin çəkdiyi video, şəkil vardır. Tək bu da deyil. Əslində valideyn də vurmayıbmış, səhəri də uşaq dərsdə olubmuş və burnunda da heç bir şişlik olmayıb. Çox güman iki şagird sadəcə savaşıb. Uşağın isə xəstəxanada nə qeydiyyatı yoxdur, nə də xəstəxana polisə xəbər verməyib. Üstəlik şikayət edən hər iki tərəfdir. İlk şikayət edən məhz Ruslan bəy olmuşdur. Oğlunun xəncərlə yaralanacağından qorxduğundan şikayət etmişdir. Şagirdlər arasında bu tip gərginliklər hətta bir neçə dəfə bu tip hallar baş verib. Bir dəfə də marketin önündə Musa Yusifin üzərinə bıçaq çəkmişdir.
Ailələr arası ədavət məktəbdə də özünü göstərir. Nəzərə alsaq ki, zərərçəkmiş kimi görünən Musanın əlindən bir ehtimal direktor əvəzi xəncəri alıb amma sonra baba yadigarıdır deyə qaytarıb. Baxmayaraq ki, direktor davamlı xəncərlə gəzən bu oğlanın heç vaxt xəncəri olmadığını və məktəbdə belə bir hal yaşanmadığını bildirsə də, ortada heç bir dəlil yoxdur. Musanın (zərərçəkən kimi təqdim olunanın) anası isə həmin məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. Məktəbə valideynlər rahat girib çıxır, sinifdə 10:30 ilə 11:10 arasında olmuş problemi heç kim görməyib. Uşaq dişim ağrıyır deyib evə gedib atasın çağırır-başlı başına qarışıq və anlaşılmaz, çoxluca yalanlı bir vəziyyət.
Üstəlik direktorla əlaqə saxlasaq da deyilənləri heç cür kankret cavablamır. Ümumi cavablar verir, yeniyetməlik dövrü ilə əlaqələndirir. Nəzərə alın ki, bütün kənd onlar arasında ədavət olduğunu bilsə də, hər iki uşaq eyni sinifdə oxuyur. İzahat yazanlar da Musanın anasının ən "sevimli" iş yoldaşlarıdır. İndi siz qərar verin. Sizcə, kim haqlıdır? Ən əsası isə ən günahkarı kimdir?