Emin Əmrullayevin "Sağlam" Kadr siyasətinin sonu...
Saatlı rayonu Gomuşçu kənd tam orta məktəbinin qazanxanasında direktoru Hüseynov Rüfət Eysulla oğlu və təsərrüfat müdiri narkotik maddə əkib becərir.
TƏHSİL VƏ NARKOTİK...
Təhsil sahəsində məhz məktəbə ayrılan sahədə belə bir addım atılması biabrçılıqdır. Utanılması lazım olan və bağışlanılmaz bir addımdır. Dövrümüzün bəlasından övladlarımızı qorumaq istədiyimiz bir zamanda belə bir xəbər almaq dəhşətdir.
Övladlarımızı əmanət etdiyimiz Təhsil Ocağında belə bir hal olunması Elm və Təhsil Nazirliyinin birbaşa uğursuz siyasətidir. Emin Əmrullayev, Eşqi Bağırov kimi başqa oturanlar yalandan orda sənəd imzalamaqla deyil, dara düşəndə ordan burdan bir-iki direktoru işdən azad etməklə deyil, bunları həll etmək lazımdır. Kim bilər ki, o narkotikdən şagirdlərə verilib ya yox? Şagirdlər götürüblər ya yox?
Artıq uşaqlar da bilirlər? Məgər məktəb narkotik təsərrüfatı üçündür?
Bəs siz hara baxırsınız, "cənab" Nazir?
Belə bir direktor necə məktəb, müəllim kollektivi, şagirdləri idarə edə bilər?
Belə bir direktorun təlim-tərbiyə ilə nə kimi əlaqəsi ola bilər?
Belə bir direktor təhsilimizə necə vir töhvə verə bilər?