Azərbaycanın “Əmək Veteranı”, "Əməkdar müəllim" fəxri adlarına layiq görülmüş Lətifə Cabbarova dünyasını dəyişib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.
Onun ömrünün 80-ci ilində vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Lətifə Cabbarova 1981-2011-ci illərdə Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru olub.