Bakı şəhərinin Nizami rayonunda dördmərtəbəli orta məktəb binasında yanğın olub.
TehsilMedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Binanın zirzəmisində 15 kvadratmetr sahədə məişət tullantıları yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - deyə məlumatda qeyd olunub.