Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
TehsilMedia.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı Oqtay Soltanovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Atasını öldürdüyü deyilən oğulun 16 yaşlı məktəbli olduğu bildirilir. Məlumata görə, hadisəyə ailədaxili münaqişə səbəb olub