Hacıqabulda məktəblilər baş verən yanğın zamanı vəfat ediblər.
TehsilMedia.az xəbər verir ki, hadisə rayonun Navahı qəsəbəsində baş verib.
Belə ki, ikimərtəbəli yataqxana binasında baş verən güclü yanğın nəticəsində Hacıqabul rayon Navahı qəsəbə R.Qənbərov adına 2 saylı tam orta məktəbin VI sinif şagirdi Sadıqov Elgün, VII sinif şagirdi Sadıqova Zəhra dünyasını dəyişib.