Bakıda itkin düşən 14 yaşlı məktəbli qız tapılıb.
Bu barədə 3 nömrəli tam orta məktədən bildirilib.
Qeyd olunub ki, məktəbin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) hazırda dərsdədir.
Bakıda 14 yaşlı məktəbli qız itkin düşüb.
Tehsil.biz xəbər verir ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi 2010-cu il təvəllüdlü Əsnat Həsənli fevralın 9-da evdən çıxıb, geri qayıtmayaraq itkin düşüb.
Faktla bağlı araşdırma aparılır.