Abşeronda itkin düşən iki məktəbli qız tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Qeyd olunub ki, dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib:
"Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur
Abşeronda 2 məktəbli qız itkin düşüb.
Tehsil.biz "Report"a istinadən verir ki, hadisə dünən baş verib.
Belə ki, Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri – Saray Məmmədli və Aydan Muradzadə günorta saat 14:00 radələrində dərsdən çıxıb, geri qayıtmayıblar.
Onların evə qayıtmadığını görən valideynləri dərhal Abşeron rayon Polis İdarəsinə məlumat veriblər.