Əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub.
Qeyd edək ki , bu gün (fevralın 13-də) saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədova və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədov kəsici alətlə qətlə yetirilib.
Daxili İşlər Nazirliyi bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.