Bakı şəhəri 249 nömrəli tam orta məktəbdə baş verən hadisə bir daha sübut edir ki, ciddi tədbirlər görmək lazımdır.
Bakı şəhəri 249 nömrəli tam orta məktəb 3-cü sinif şagirdinin valideyni öz fikirlərini açıq şəkildə bildirir və qızının bullinqə məruz qaldığını vurğulayır. Sinif rəhbərinin 8 yaşlı şagirdə psixi və fiziki şiddət şiddət göstərdiyini qeyd edir.
Uşaq isə, sözsüz ki, məktəbə getmir. Burdan da həmişəki sual çıxır ortaya... KİMDİR GÜNAHKAR?
Təhsil almaq hər bir şagirdin haqqıdır. Övladı və övladının təhsili, tərbiyəsi ilə maraqlanmaq valideynin haqqıdır. Müəllim qanunsuzluq edib, nə valideynlə əlaqə saxlayan var, nə də rəhbərlik müəllim haqqında bir tədbir görür.
Bu şəkildə məktəb necə idarə olunur? Maraqlanan yoxdurmu ki, bir aydır bu uşaq hardadır?
Ən əsası da uşağın psixologiyası, aldığı travma haqqında düşünən bir təlim - tərbiyə əməkdaşı varmı?