❗A ç ı q l a m a
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Məsələ ilə bağlı məlumatlıyıq, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib.
Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq.