Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyev əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə azad edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmr imzalayıb.
Bildirilib ki, buna səbəb A.Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərdir.
Qeyd edək ki, Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.