Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

LDU-ən düzgün seçim!

Elm və təhsil

22-07-2024, 13:38

LDU-ən düzgün seçim!


Lənkəran Dövlət Universiteti(LDU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 403 saylı qərarı ilə yaradılıb və geridə qalan 32 ildə LDU böyük inkişaf yolu keçib. Yarandığı ilk illərdə fəaliyyətini ümumtəhsil məktəblərdə, məhdud imkanlar şəraitində davam etdirən universitetin indi müasir tələblərə cavab verən, zərüri avadanlıq və laboratoriyalarla təchiz olunmuş 3 tədris binası, inzibati bina, Elmi kitabxana kompleksi, oğlanlar və qızlar üçün hər cür şəraiti olan modern yataqxana binaları, tədris-təcrübə bazaları, proffessor-müəllim heyəti üçün xidməti mənzillər və s. vardır.

Universitetdən bildirilib ki, Ümummilli lider Heydər Əliyevin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” kəlamı və cənab Prezident İlham Əliyevin təhsilin, elmin inkişafına diqqət və qayğısından bəhrələnən universitet bugünki səviyyəyə gəlib çatmışdır. Hazırda universitetdə 6 fakültə, eləcə də 14 kafedra fəaliyyət göstərir.
Universitetdə bakalavriat və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları işəgötürənlərin tələbləri nəzərə alınmaqla hazırlanıb. Universitetdə tədrisin keyfiyyətini yüksəltmək və kredit sisteminin tələblərinə uyğun təşkil etmək məqsədi ilə yaradılan tyutorluq xidməti tələbələrə özünün təhsil trayektoriyalarını müəyyən etmək imkanı verib. Universitetdə tədrisin keyfiyyətinin artırılması, təcrübələrin müasir tələblərə uyğun şəkildə təşkili, məzunların gələcək karyeralarının təşkili və idarəetmə strukturunda operativliyi təmin etmək məqsədilə yeni tədris strukturu yaradılıb, tələbələrin təhsilə olan maraqlarını artırmaq məqsədilə “Universitet təqaüdü” təyin edilib. Universitetdə kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq məqsədilə müasir tələblərə cavab verən yeni fənn kabinetləri (4- informatika kabineti, 1-coğrafiya və 1-tarix kabinetləri, 1-linqafon kabineti), müasir laboratoriyalar (Kimya və Biologiya tədris laboratoriyaları, Fizika tədris laboratoriyası, Baytarlıq laboratoriyası, Baytarlıq cərrahiyəsi laboratoriyası, Qida məhsulları texnologiyası laboratoriyası, Qida təhlükəsizliyi və ekologiyası laboratoriyası) tələbələrin istifadəsindədir.Professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə respublikada ilk dəfə olaraq 18 ədəd xidməti mənzil (7 mənzil- 1 otaqlı, 8 mənzil- 2 otaqlı, 3 mənzil- 3 otaqlı) zərüri avadanlıqlarla birlikdə digər yerlərdən dəvət olunan şəxslərin istifadəsinə verilib. Universitetdə aqrar ixtisaslar üçün 2,5 hektarlıq tədris-təcrübə sahəsində çoxlu sayda sitrus bitkiləri (çay, kivi, limon, narıngi, feyxoa, müxtəlif tərəvəz və bostan bitkiləri) əkilib, bitki mühafizəsi, aqronomluq ixtisasları üçün 2 yeni istixana tikilərək təcrübə üçün tələbələrin istifadəsinə verilib. Turizm işinin təşkili, Qida mühəndisliyi ixtisaslarının tələbələrinin təcrübə keçmələri üçün universitetin balansında olan təmirsiz bina rekonstruksiya olunaraq 35 yerlik turizm təcrübə bazasına (Seaside otel) çevrilib. 2016-ci ildən başlayaraq LDU-ya qəbul olunan tələbələrin sayında böyük artım müşahidə olunur. Lənkəran Dövlət Universitetində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyəsində 5565 bakalavr, 404 magistr olmaqla ümumilikdə 5969 tələbə təhsil alıb. Bu il 994 bakalavr, 149 magistr olmaqla 1143 tələbə məzun olub. Son 8 ildə tələbələrin sayında 3 dəfəyə yaxın artım olub.

Universitetdə hər il Açıq qapı günü və məzun yarmarkası keçirilir. Açıq qapı günlərində rayon ictimaiyyəti nümayəndələri, orta məktəb şagirdləri və onların valideynləri tədris prosesi ilə yaxından tanış edilirlər. Məzun yarmarkası tədbirlərinə isə regionda yerləşən özəl və dövlət müəsisələri dəvət olunurlar. Sonuncu Məzun yarmarkasında universitetin 200-dən artıq məzunu işlə təmin olunub. Universitetin maddi texniki bazanın gücləndirilməsi istiqamətində son illər xeyli işlər görülüb. Belə ki, 2016-cı ildə 5 mərtəbəli bina əsaslı təmir olunaraq tədrisə yararlı vəziyyətə gətirilib. 2018-ci ildə universitetin 2 saylı tədris binasının ərazisində 100 nəfərlik tələbə yeməkxanası tikilib istifadəyə verilib.

2019-cu ildə universitetin 1 saylı tədris binasına bitişik 4 mərtəbəli yeni tədris binası tikilib, eyni zamanda yeni 3 saylı tədris binası və müasir tipli 160 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib. Binanın həyətyanı sahəsində suni ot örtüklü idman meydançası tələbələrin asudə vaxtlarının təşkili məqsədi ilə yaradılıb. 2021-ci ildə universitetin Elmi kitabxana kompleksi əsaslı təmir olunub. Burada müasir tələblərə cavab verən 100 nəfərlik oxu zalı, 300 nəfərlik konfrans zalı, Elektron kitabxanaya giriş üçün rahat şərait yaradılmışdır. Eyni zamanda kitabxana fondunun zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir. Universitetin 2 saylı tədris binasının həyətində 5 mərtəbəli yeni tədris binası tikilərək istifadəyə verilib. Qeyd edək ki, yeni tikilən və əsaslı təmir olunan bütün binalar yeni zərüri avadanlıq və mebellə təchiz olunub. Elmi-tədqiqat fəaliyyəti üzrə universitet son illərdə ürəkaçan nailiyyətlər əldə edib: Universitetin “Elmi xəbərlər” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq yenidən tərtib edilmiş və hər il 2 seriya üzrə (“Humanitar elmlər” və “Riyaziyyat və təbiət elmləri”) məqalələr dərc olunur. “Humanitar elmlər” (2021) və “Riyaziyyat və təbiət elmləri” (2022) seriyaları РИНЦ bazasına, “Humanitar elmlər” seriyası eyni zamanda İndexCopernicus bazasına daxil edilmişdir.



Lənkəran DövlətUniversitetinin təsis etdiyi Technical and Agrarian Sciences (Texnika və Aqrarelmləri) Beynəlxalq Elmi-Praktiki jurnalı BMT-nin Beynəlxalq Kənd Təsərrüfatıvə Ərzaq Təşkilatının (FAO) AGRIS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilmiş və ona AGRIS – AZ7 identifikasiya kodu verilmişdir. Dünyanın ən nüfuzlu ali məktəblərin reytinqlərini müəyyən edən " World University Rankings"bazası tələbələrimizin sayı 5000- dən artıq olduğu üçün universitetimizi qeydiyyata götürüb. Artıq bu ildən başlayaraq həmin reytinq bazasında biz də təmsil olunuruq. Lənkəran Dövlət Universiteti Beynəlxalq əməkdaşlığın qurulması sahəsində son illər bir sıra uğurlara imza atıb. Türkiyə Respublikasının nüfuzlu universitetləri, həmçinin Avropa ölkələrinin, o cümlədən Polşa, Macarıstan, Çexiya, Ukrayna və s. ölkələrin universitetləri ilə qarşılıqlı, həmçinin Mevlana Mübadilə Proqramı, Erasmus+ proqramı çərçivəsində İkili diplom, mübadilə və iki tərəfli əməkdaşlıq müqavilələri imzalamışdır. LDU ölkə daxilində fəaliyyət göstərən elm və ali təhsil müəssisələri ilə fəal şəkildə əməkdaşlıq edir. Qeyd edək ki, LDU Türkiyə Respublikasının Ankara və Kafqas Universitetləri ilə ikili diplom layihəsini həyata keçirmək istiqamətində birgə fəaliyyətini davam etdirir.Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)ilə birlikdə kadr hazırlanması və İkili Diplom Proqramı üzrə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti birlikdə kadr hazırlığı üzrə əməkdaşlıq aparılır. Universitetdə elmi tədqiqatların düzgün qurulması, elmi kadrların hazırlanması məqsədilə Elm və Təhsil Nazirliyinin, AMEA-nın İnstitutları ilə əməkdaşlıq edilir və müxtəlif elmi tədbirlər həyata keçirilir. Mövlanə mübadilə proqramı çərçivəsində son illər ərzində Universitetin xeyli müəllim və tələbəsi, Turkiyə Universitetlərində mübadilə proqramı çərçivəsində iştirak ediblər. Universitetdə İKT sahəsinin modernləşdirilməsi iştiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Universitetin İKT mərkəzi tərəfindən tələbələrin, professor-müəllim heyətinin, tədris olunan fənnlərin elektron bazası yaradılmışdır. Bu bazalar əsasında elektron jurnal və elektron dərs cədvəli hazırlanmışdır. Hər tələbənin tədris fəaliyyəti və akademik göstəriciləri onların şəxsi kabinetlərində öz əksini tapır.

Və beləliklə, əziz dost, ali təhsil üçün Lənkəran Dövlət Universitetini seçmək sənə hansı imkan və imtiyazlar, fərqliliklər qazandıracaq? Bir daha xatırladaq:
1.Tələbələrə fənn və müəllim seçimi imkanı verilir
2.İmtahan sessiyası müddətində imtahanların vaxtını, gününü sərbəst seçim imkanı;
3.Modern laboratoriyalar, fənn kabinələri, yardımçı təsərrüfat sahəsi, praktik
məşğələlər üçün turizm tədris bazasının olması;
4.Baytarlıq və zoomühəndislik ixtisaslarında ikili diplom almaq şansı;
5.Xarici universitetlərdə 1 il və ya bir semestr oxumaq imkanı;
6.Asudə vaxtın maraqlı təşkili. Teatra, mədəniyyət və istirahət guşələrinə kollektiv
gedişlər;
7.Oğlanlar və qızlar üçün 2-3 nəfərlik otaqların hər birində ayrıca sanitar qovşaqlarının olduğu, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, qaz sobası, soyuducu, televizoz-bir sözlə, bütün kommunal xidmətlərin təşkil edildiyi modern yataqxana binaları.

Oxunub: 137
Paylaş:
Digər xəbərlər

Məktəblər

19-09-2023, 14:15

Bölgələrdə məktəb açılışları olub

Ali təhsil

16-11-2023, 12:20

Ankara Universitetinin nümayəndə heyəti LDU-ya səfər edib

Ali təhsil

12-12-2023, 11:30

Heydər Əliyevin xatirəsi LDU-da yad olunub

Ali təhsil

23-06-2023, 23:29

Rektor: "BDU-da 25000-ə yaxın tələbə təhsil alır"

Elm və təhsil

29-06-2024, 22:24

LDU-da Məzun Günü...

Araşdırma
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Elm və Təhsil
Bugün, 00:01
Azərbaycanda rusdilli məktəblər bağlanır...
Bugün, 00:00
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
Dün, 23:59
Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
Dün, 23:58
Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
Dün, 23:56
Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
Dün, 11:32
Məktəbli formaları 25 faiz UCUZLAŞDI
Hadisə
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
27-06-2025, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Son xəbərlər
  • Bugün, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • Bugün, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • Dün, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • Dün, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • Dün, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • Dün, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • Dün, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • Dün, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • Dün, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • Dün, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • Dün, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
  • 30-06-2025, 18:19
    Gənc kadrlar UNEC-də pedaqoji fəaliyyətə başlayır
  • 30-06-2025, 12:37
    İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
  • 30-06-2025, 12:35
    Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
  • 30-06-2025, 12:34
    Azərbaycanlı gənclər robot döyüşündə qalib gəldi
  • 30-06-2025, 12:33
    DİM iyulda bu imtahanları KEÇİRƏCƏK
  • 30-06-2025, 12:33
    Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib
  • 30-06-2025, 07:35
    İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
  • 29-06-2025, 13:52
    Kitabımız Kembric Universitetin kitabxanasında yer alıb
  • 29-06-2025, 13:50
    Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
  • 29-06-2025, 13:49
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
  • 28-06-2025, 14:06
    Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
  • 28-06-2025, 14:04
    Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
  • 28-06-2025, 14:03
    Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar
  • 28-06-2025, 14:02
    Sabah rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək
  • 27-06-2025, 12:59
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • 27-06-2025, 12:45
    "ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
  • 27-06-2025, 12:17
    Celebry imtahanı və ChatGPT cavabları
  • 27-06-2025, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • 26-06-2025, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Daha çox
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
25-06-2025, 14:19
Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
27-06-2025, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə