Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Emin Əmrullayev nə etmək istəyir? - Saakaşvili kimi görünüb, Şvernadze kimi idarə edir

Araşdırma

7-10-2024, 13:52

Emin Əmrullayev nə etmək istəyir? - Saakaşvili kimi görünüb, Şvernadze kimi idarə edir

Azərbaycanın elm və təhsil naziri Emin Əmirullayev Saakaşvili kimi islahatçı görünüb, Şverdandze kimi idarə edir. Rüşvət bataqlığına gömülmüş Azərbaycan təhsili həqiqətən can verir və deqradasiyaya uğrayıb. Artıq birmənalı şəkildə hamı həzm etməyə başlayıb ki, məktəb təhsil vermir, ora hər gün getmək formal xarakter daşıyır, uşaqların taleyi repetitorlar, kurslar sayəsində həll olunur.

Bəs məktəb vermədiyi təhsilin qarşılığında nə alır? - rüşvət, fond pulu yığımı, 5 oktyabr və 8 mart bazarlığı...
Bəli, doğurdan da məktəb çoxdan təhsil vermir. Bizim uşaqlar məktəbdənkənar tədrisin hesabına ali təhsil ocaqlarına qəbul olunurlar. Çox uzağa niyə gedirik, sosial şəbəkələrdə videosu durmadan paylaşılan şagirdi yada salaq: məlum olur ki, Bakıda yerləşən 4 saylı Xankəndi məktəbinin uşaqları axşam 8-də evə gedirlər. Demə, yer yoxdur və üç növbəli təhsil rejimi mövcuddur.

Acınacaqlıdır. Xəcalət çəkməli haldır.

Yaxud, Baku TV-nin məktəblərin önündə keçirdiyi sorğunu qeyd edək: məktəblilər də, valideynlər də təsdiq edirlər ki, bəli, 5 oktyabrda 20-50 manat civarında Müəllimlər Günü pulu yığılıb. Yaxşı ki, direktorların evlilik günü, müəllimlərin xınayaxdı günü kimi "əlamətdar" tarixlər də xatırlanıb pul yığılmır.

Ancaq əmin olun ki, azca vəziyyət kontroldan çıxarsa, utanmadan o adlarla da pul yığarlar, direktorlar qızlarına cehiz də düzəldərlər.

Di gəl, bu iki fakt - həm məktəblinin axşam 8-də evə getdiklərini deməsi, həm pul yığılmasının dilə gətirilməsi qarşılığında ötən həftə, elə oktyabrın 5-i çıxış edən nazir Əmirullayev elə danışdı ki, "Tarixi-Nadir" i oxumuş adamlar başa düşmədi, bu binəvalar nə dediyini necə anlasın. Nazirin rabitəsiz, anlaşılmaz cümlələri ilə nə söyləmək istədiyi aydın olmadı. Hətta bir sosial media istifadəçisi olan xanım video paylaşım edərək nazirin redaktora ehtiyacı olduğunu açıqladı, onu güzgü qarşısında çıxışa hazırlaşmağa dəvət etdi. Həqiqətən də sanki danışan elm, təhsil adamı deyildi. Əmirullayev elə cümlələr qurdu ki, heç bir ana dili müəlliməsi onu izah edə bilməz.
Yəni təhsilin problemləri, təhsildə eybəcərliklər qaldı bir kənarda, nazir nələrsə danışmaq istədi. Lakin reallıq tragikdir - ilbəil təhsilimiz geriləyir, ilbəil məktəblər həyatımızda yalnız bazar rolu oynayır, ilbəil təhsilin keyfiyyəti məktəblərdə aşağı düşür və getdikcə məktəblər heç bir əhəmiyyət kəsb etmirlər. Madam ki, əksər uşaqlar ev tapşırıqlarını hazırlıq müəllimi ilə edir, tələbə adını almaq üçün gecə-gündüz dərsdən kənar hazırlaşır, o halda 11 il bu məktəb uşağa nə verib? Amma dəqiqliklə demək olar ki, o uşaqdan çox şey alıb, onun valideynindən də...

Bu baxımdan biz Əmirullayevin nazir olduğu dövrdə hər hansı arzuolunan nəticə əldə edə bilmədik. Ona görə də bu gün Azərbaycan təhsili supermarketə oxşayır.

Yaxşı, media bu sahəni dərindən bilməyə və yanıla bilər, bəs, VI çağırış deputat olmuş təhsil eksperti Etibar Əliyevin tənqidlərinə nə deyə bilərsiniz? Əslində, Əmirullayev təhsil siyasətini dəyişəcək iradəyə malik olmadığını qəbul edir, etiraf etmir. Nazir məktəblərdə nə baş verdiyini çılpaqlığı ilə görür, dəyişməyə sanki gücü çatmır. Çünki bir zəncirvari rüşvət sistemi formalaşıb, onun bir zəncirini belə qıra bilməyib. Odur ki, təməli necə qoyulubsa, elə də gedir. Elə son prosesləri götürək: xəbərlərsən biri odur ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ümumiyyətlə, ümumtəhsil məktəblərində hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var. Bu gün əksər məktəblərdə rüşvətxorluq olduğunu demək mümkündür.

Rüşvətə səbəb ilk növbədə əməkhaqqının aşağı olmasıdır. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, hələ əməkhaqqı qalxmamış yüzlərlə müəllim var. Elə məktəblər də var ki, məktəb direktorları 210 manat vəzifə maaşı alırlar. Eləcə də DQ-dən keçmiş, əməkhaqqı qalxmış müəllimlər ölkə prezidentinin 994 nömrəli sərəncamı ilə 18-ci dərəcəli əməkhaqqı alırlar ki, bu da təqribən 425 manat edir.

Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı həddindən artıq aşağıdır.

Digər bir tərəfdən isə rayon təhsil şöbələrinin birbaşa İcra hakimiyyəti başçılarının nəzarəti altında olması da neqativ hallara yol açır, bu da öz növbəsində təhsildə rüşvətə yol açan səbəblərdən daha biridir. Belə olduğu halda artıq cəzasızlığın hökm sürdüyünü görən məktəb direktorları, eləcə də direktor müavinləri işlərinə davam edirlər. O səbəbdən də qanqrena verən təhsil sistemindəki o yanaşmanı kəsib atmaq və ciddi nəzarət mexanizmi qurmaq lazımdır. Ancaq bu da azdır, təhsilin səviyyəsi artmalıdır, təhsilə və şagirdə sevgi olmalıdır, pula yox...

Anaxeber.az

Oxunub: 1 130
Paylaş:
Digər xəbərlər

Şikayətlər

24-01-2024, 12:46

Yasamal 345 saylı uşaq bağçasında nələr baş verir?

Şikayətlər

1-04-2024, 09:53

TƏHSİLİ RÜŞVƏT MƏKANINA ÇEVİRƏNLƏR...

Elm və təhsil

16-09-2024, 11:57

Emin Əmrullayev: Azərbaycanda ilk dünyəvi məktəb Şuşada açılıb

Şikayətlər

29-04-2023, 12:03

Rüşvət yığan məktəb direktoruna qarşı niyə tədbir görülmür? – Bu vəzifəli şəxsə arxayındır

Məktəblər

7-09-2023, 10:20

Xırdalan və Sumqayıtda məktəb problemi var

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 11:33
Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
2-07-2025, 16:57
Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
2-07-2025, 10:22
Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
2-07-2025, 10:21
Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
Hadisə
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Bugün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • Dün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Dün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
  • 30-06-2025, 18:19
    Gənc kadrlar UNEC-də pedaqoji fəaliyyətə başlayır
  • 30-06-2025, 12:37
    İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
  • 30-06-2025, 12:35
    Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
  • 30-06-2025, 12:34
    Azərbaycanlı gənclər robot döyüşündə qalib gəldi
  • 30-06-2025, 12:33
    DİM iyulda bu imtahanları KEÇİRƏCƏK
  • 30-06-2025, 12:33
    Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib
  • 30-06-2025, 07:35
    İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
  • 29-06-2025, 13:52
    Kitabımız Kembric Universitetin kitabxanasında yer alıb
  • 29-06-2025, 13:50
    Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
  • 29-06-2025, 13:49
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
  • 28-06-2025, 14:06
    Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Daha çox
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
27-06-2025, 12:59
Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə