Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi: Azərbaycan təhsil sistemində görülən işlər

Elm və təhsil

20-12-2024, 16:43

Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi: Azərbaycan təhsil sistemində görülən işlər


Uşaqlar hər bir cəmiyyətin gələcəyini formalaşdıran ən dəyərli sərvətlərdir. Onların sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsi yalnız fərdlərin deyil, bütün cəmiyyətin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bir çox uşaq zorakılıq, laqeydlik, istismar və təcrid kimi təhlükələrlə üzləşir ki, bu da onların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərir. Uşaq müdafiəsi və təhlükəsizliyi yalnız onların hüquqlarını qorumaq deyil, həm də gələcəkdə sağlam və məsuliyyətli vətəndaşların yetişməsinə zəmin yaratmaq məqsədi daşıyır. Bu mövzuya diqqət yetirmək cəmiyyətlərin dayanıqlı və ədalətli olmasına töhfə verən əsas amillərdən biridir.

UNICEF-in statistikasına görə, dünya üzrə 13-15 yaşlı hər 3 uşaqdan biri zorakılığa məruz qalır. ÜST isə bu zorakılığın iqtisadiyyata hər il təxminən 7 milyard dollar zərər vurduğunu bildirir (ÜST, 2022). Bu faktlar göstərir ki, uşaqların müdafiəsi və təhlükəsizliyinin təmin olunması sağlam cəmiyyətlərin formalaşmasında əsas əhəmiyyət kəsb edir. Azərbaycanda da bu sahədə həyata keçirilən islahatlar, xüsusilə təhsil sistemində tətbiq olunan mexanizmlər, məsələnin həllində mühüm rol oynayır. Bu məqalədə uşaqlara qarşı zorakılığın qarşısının alınmasında beynəlxalq təcrübələr, Azərbaycanın təhsil sistemində həyata keçirilən tədbirlər, həmçinin 2024-cü ildə toplanmış məlumatlar və müşahidələr araşdırılmışdır.Uşaq Müdafiəsi və Təhlükəsizliyi: Beynəlxalq Təcrübələr

Beynəlxalq təcrübədə uşaqların müdafiəsini təmin edən bir neçə əsas mexanizm mövcuddur:

1. Qanunvericilik bazası:

- Uşaq Hüquqları Konvensiyası (1989): Uşaqların hər cür zorakılıq və istismardan azad olmaq hüququnu müdafiə edir.
- İngiltərədə Uşaqlar Haqqında Akt (1989): Təhsil sistemində zorakılıq hallarına dərhal müdaxilə mexanizmlərini nəzərdə tutur.
- ABŞ-da CAPTA Aktı (1974): Müəllimlər də daxil olmaqla, uşaqlarla işləyən hər kəsin zorakılıq hallarını xəbər vermə öhdəliyini tənzimləyir.

2. Qurumlararası Əməkdaşlıq:

- Avstraliya Uşaqlarının Müdafiəsi üzrə Milli Strategiyası (2021): Təhsil, sosial xidmət və səhiyyə sahələri arasında əməkdaşlığı təşviq edir.
- Uşaq Yardım Xətləri: 135-dən çox ölkədə fəaliyyət göstərən bu mexanizmlər uşaqları təcili vəziyyətlərdə dəstəkləyir.

Azərbaycan Təhsil Sistemində Uşaq Müdafiəsi

Azərbaycan Respublikasında uşaqların müdafiəsi qanunla tənzimlənir. Məsələn, “Təhsil haqqında” Qanunun 32-ci maddəsi uşaqların təhlükəsiz və zərərsiz təhsil mühitində inkişafını təmin etməyi nəzərdə tutur. Ölkəmizdə də bu istiqamətdə bir sıra əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin UNICEF ilə birgə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi üzrə 2022-ci ildə 25, 2023-cü ildə 51, 2024-cü ilin sentyabr ayından etibarən isə 101 məktəbdə Uşaq Müdafiəsi və Təhlükəsizlik (UMT) mexanizmini tətbiq edilməkdədir.Layihənin uğurları arasında:

• Direktor, psixoloq və digər təhsil işçilərinin xüsusi təlimlərdən keçirilməsi.
• Valideynlər və şagirdlər arasında maarifləndirmə görüşlərinin təşkili.
• Məktəblərdə zorakılıq halları ilə bağlı məlumatların toplanması və sistemli həll yollarının tapılması.

Cari ildə əldə edilmiş məlumatlar

2024-cü ildə əldə edilən məlumatlar göstərir ki, pilot məktəblərdə UMT komandalarının fəaliyyətində bir sıra müsbət və zəif tərəflər mövcuddur:

Müsbət tərəflər:

• UMT komandalarının güclü şəbəkə qurma bacarığı.
• Prosesə həssas və çevik yanaşma.
• Məktəb rəhbərliyinin, xüsusən psixoloq və direktor müavinlərinin aktiv iştirakı.
• Maarifləndirmə işlərinin uğurlu inteqrasiyası.
• Vaxtında yönləndirilmiş case-lərin müvafiq əlaqədar qurumlarla əməkdaşlıq çərçivəsində operativ həlli.Zəif tərəflər:

• Məktəb rəhbərliyinin tez-tez dəyişməsi səbəbindən məlumat axınında ləngimələr.
• İnternat məktəblərində sıxlıqla baş verən sosial problemlər.
• Bəzi bölgələrdə psixoloq çatışmazlığı
• Yüksək riskli ərazilərdə mövcud olan təhlükəsizlik problemləri.

Aşağıdakı qrafik layihənin müxtəlif aspektlərini əks etdirir:

1. 2024-cü ildə şagird və məktəb sayı:

109,496 şagirdi əhatə edən 101 məktəb üzrə məlumatlar.Nəticə:

Uşaq müdafiəsi və təhlükəsizliyi mövzusu, həm beynəlxalq səviyyədə, həm də Azərbaycanda aktual məsələlərdən biridir. Dünya təcrübəsi göstərir ki, uşaqların qorunması üçün qanunvericilik bazası, qurumlararası əməkdaşlıq və ictimai maarifləndirmə vacibdir. Azərbaycan da bu istiqamətdə müxtəlif addımlar atır.

Xüsusilə, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə əhəmiyyətli nəticələr vermişdir. Layihə çərçivəsində:

• 13 Regional Təhsil İdarəsinin əməkdaşları üçün xüsusi təlimlər keçirilmişdir.
• Maarifləndirici videoçarx hazırlanaraq cəmiyyətə təqdim edilmişdir.
• Layihənin coğrafiyası genişlənmiş və hazırda Bakı, Gəncə, Ağcabədi, Zəngilan, Lənkəran və Naxçıvan Muxtar Respublikasını əhatə edən 101 məktəbdə mexanizm tətbiq edilmişdir.

Layihə çərçivəsində görülən işlər, məktəbdaxili əməkdaşlığın gücləndirilməsi və maarifləndirmə tədbirləri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, təhlükəsiz mühitin yaradılması üçün mühüm addımlardır. Bununla yanaşı, maarifləndirici tədbirlərin davamlılığı və digər bölgələrə genişləndirilməsi bu istiqamətdə daha böyük təsir yaratmağa imkan verəcəkdir.

Gələcəkdə uşaq müdafiəsi konseptinin məktəblərdə metodik xidmətin bir hissəsinə çevrilməsi və UMT komandalarının davamlı təlimlərlə dəstəklənməsi, layihənin effektivliyini daha da artıracaq. Bu tədbirlər həm uşaqların təhlükəsizliyinin təmin edilməsinə, həm də sağlam və rifah içində bir gələcək cəmiyyətin formalaşmasına töhfə verəcəkdir

Oxunub: 78
Paylaş:
Digər xəbərlər

Məktəbəqədər təhsil

9-04-2024, 15:13

Uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda keçirilən görüşlər davam edir - FOTO

Elm və təhsil

14-10-2024, 12:50

Naxçıvanda “Uşaq müdafiəsi və təhlükəsizliyi” təlimləri keçirilib

Elm və təhsil

2-11-2024, 22:25

İdman dərslərinin vacibliyi müasir təhsil sisteminin ayrılmaz bir hissəsidir.

Elm və təhsil

26-11-2024, 15:33

Sığınacağa yerləşdirilən uşaqlar: Təhsil, adaptasiya və psixoloji dəstək prosesi

Məktəbəqədər təhsil / Məktəblər

17-11-2023, 10:24

Uşaqların müdafiəsi və təhlükəsizliyinə dair görüşlər keçirilir

Araşdırma
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Elm və Təhsil
Bugün, 11:42
MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
Dün, 23:31
Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Dün, 13:03
UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
25-06-2025, 19:35
Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Hadisə
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Son xəbərlər
  • Bugün, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • Dün, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
  • Dün, 13:03
    UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
  • 25-06-2025, 23:26
    Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
  • 25-06-2025, 19:35
    Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
  • 25-06-2025, 18:26
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 25-06-2025, 14:19
    Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
  • 25-06-2025, 13:12
    Bazar günü rezidenturaya qəbul imtahanı keçiriləcək
  • 25-06-2025, 13:11
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:10
    Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:08
    II-III qruplarda 2-ci cəhd imtahanları keçiriləcək
  • 25-06-2025, 09:45
    Sertifikasiya nəticələrindən narazı olanların nəzərinə!
  • 25-06-2025, 09:42
    NAZİRDƏN ŞOK AÇIQLAMA-" Təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur"
  • 24-06-2025, 18:54
    Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
  • 24-06-2025, 18:19
    Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
  • 24-06-2025, 15:44
    DİM bu imtahana qeydiyyat elan edib
  • 24-06-2025, 15:43
    Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
  • 24-06-2025, 13:55
    Elmi-kütləvi ədəbiyyatların tərcüməsi məşğul olanlara pul verilsin!
  • 24-06-2025, 13:55
    İbtidai təhsilin beş il olması təklif edilir
  • 24-06-2025, 13:54
    Prioriterimiz təhsil sistemini bir qədər sadələşdirməkdir
  • 24-06-2025, 13:53
    Nazir: Bəzi fənlər şagirdlərə lazım olan bacarıqları vermir
  • 24-06-2025, 13:52
    Qarabağ Universitetində vakansiya var
  • 24-06-2025, 13:51
    Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
  • 24-06-2025, 13:50
    Məktəbli formaları dəyişməyəcək - Emin Əmrullayev
  • 24-06-2025, 13:48
    Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
  • 24-06-2025, 13:46
    FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
  • 24-06-2025, 13:37
    Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq
  • 24-06-2025, 13:36
    Sertifikasiya imtahanında sullar çətin olub? - Nazirdən REAKSİYA
  • 24-06-2025, 10:34
    Psixoloq qəbuluna dair apellyasiya prosesi başladı
  • 24-06-2025, 10:33
    "Biri aldadıldığını, digəri isə aldatmadığını deyir" - olimpiada qalmaqal böyüyür
  • 24-06-2025, 10:31
    Qabiliyyət imtahanlarına 36778 abituriyent qeydiyyatdan keçib
  • 24-06-2025, 10:31
    Bu gün onlar sertifikasiyadan keçəcək...
  • 24-06-2025, 10:30
    DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
Daha çox
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
23-06-2025, 16:08
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
20-06-2025, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
22-06-2025, 00:01
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə