Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbəsinin yüksək mərtəbədən yıxılmasına dair yayılan görüntülərə aydınlıq gətirilib.
Universitetdən "tehsil.media"a verilən məlumata görə, sözügedən hadisə 5 ay əvvəl olub.
"Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Soltanzadə Seymur Elnur oğlu yuxarı mərtəbələrdə sadəcə video çəkmək üçün fənd işlətmək istəyib lakin belə bir hadisə baş verib. Xoşbəxtlikdən yalnız 1 mərtəbə aşağı hissəyə düşüb. Yaralanma və zədələnmə baş verməyib. Hadisə dərs zamanı yox fasilə zamanı baş verib", - ADPU-dan bildirilib.