Təhsilimizin davamlı inkişafı və qurumların səyi nəticəsində getdikcə geriləyirik!
✅BMT İP tərtib etdiyi "Dünyada təhsilin inkişafı reytinqləri"ndə 85-ci yerdəyik.
✅Universitetlərin qlobal reytinqlərində daim sonuncu pillələrdəyik.
✅Beynəlxalq riyaziyyat olimpiadalarında 75-ci yerdəyik.
✅PİSA Beynəlxalq qiymətləndirməsində yerimiz yoxdu desək yeridir!
Təklif edirəm ki, müəllimlər və şagirdlərdən əl çəkib qurum rəhbərlərini, başda Emin Əmrullayev, Rüfət Əzizov, Eşqi Bağırov olmaqla təlimlərə, imtahanlara, sertifikasiyaya cəlb etmək, davamlı başqa ölkərlərdəki qurum rəhbərləri ilə rəqabətə salıb müqayisə etmək lazımdır. Yəni müəllimlər üzərindən yox, idarəedənlər üzərindən işləmək lazımdır. Çünki bu nəticələr onların səriştəsizliyidir.
Davamlı müəllimləri, direktorları nəticələrə görə onları təlimlərə cəlb etmək, yoxlayıb incitmək üçün kifayət qədər savada malik olmadığınız açıq-aşkar ortadadır.
İndi təhsilimizi idarəedən bu qurumlar cavab versinlər.
-Bu nə bərbat nəticədir?
-Bəs siz hara baxırsınız?
-Belə işləyirsiniz?
-Budur sizin 18 ildə ortaya qoyduğunuz?
-Biz niyə dövlətlər içərisində bu qədər gerilərdəyik?
-Hər il təhsilə ayrılan maliyyə getdikcə artarkən niyə biz getdikcə geriləyirik?
-Bu necə işləməkdir?!