AZMİU-DA 28 APREL – ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLİB.
AZMİU-nun Azad Həmkarlar İttifaqı Komitəsi ilə SOCAR Nəqliyyat İdarəsinin birgə təşkilatçılığı ilə 28 aprel- Ümumdünya Əməyin mühafizəsi günü münasibətilə seminar keçirilib. Emil Qafarovun moderatoru ilə keçirilən tədbirdə professor-müəllim heyyəti, tələbələr, gənc tədqiqatçılar, SOCAR Nəqliyyat İdarəsinin rəhbər heyyəti iştirak edib. Əmək təhlükəsizliyi və sağlamlığın əhəmiyyəti xüsusilə vurğulanıb. Həyat qurtaran sadə vərdişlər, əməyin mühafizəsində yeni dövr: süni intellekt və rəqəmsallaşmanın rolu və s. haqda yenilikçi və maarifləndirici çıxışlar olub.