HAQQ ƏDALƏT PARTİYASI NAXÇIVAN REGİONAL MƏRKƏZİNDƏ HƏP NÜMAYƏNDƏ HEYƏTİNİN İŞTİRAKI İLƏ GENİŞ TƏRKİBDƏ SEMİNAR - MÜŞAVİRƏ KEÇİRİB.
Tehsilmedia.az xəbər verir ki, Naxçıvan şəhərində keçirilən iclas möhtəşəmliyi ilə seçilib.
Seminar-müşavirənin gündəliyini sizə təqdim edirik:
AZƏRBAYCAN RESPUBLIKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARININ BİRBAŞA VƏ FASİLƏSİZ RƏHBƏRLİYİ İLƏ QARABAĞ İQTİSADİ ZONASINDA "QARABAĞA BÖYÜK QAYIDIŞ PROQRAMININ" UĞURLU İCRASI. FAKTLAR VƏ DƏLİLLƏR.
G Ü N D Ə L İ K :
1) Giriş sözü :
HƏP İdarə Heyətinin üzvü, HƏP Naxçıvan Muxtar Respublikası Regional Mərkəzinin rəhbəri, professor Nazilə xanım Abbaslı.
2) Seminar - müşavirənin mövzusu ilə bağlı məruzə.
Məruzəçi : HƏP Sədrinin Təşkilatı məsələlər üzrə müavini Fərrux Binnətzadə.
3) Məruzə ətrafında çıxışlar :
1. HƏP İdarə Heyətinin üzvü, HƏP Naxçıvan MR Regional Mərkəzinin rəhbəri, professor Nazilə xanım Abbaslı;
2. HƏP Naxçıvan şəhər Təşkilatının sədri Əsgər Məmmədbəyli;
3. HƏP Babək Rayon Təşkilatının sədri, HƏP Mərkəzi İcra Aparatının Hüquq şöbəsinin müdiri Yusif Allahyarov;
4. HƏP Şərur Rayon Təşkilatının sədri, Şərur Bələdiyyəsinin üzvü Rövşən Əliyev;
5. HƏP Culfa Rayon Təşkilatının sədri Etibar Qasımov ;
6. HƏP Şərur Rayon Təşkilatı Ağsaqqallar Şurasının sədri Məhəmmədəli Quliyev;
7. HƏP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Surayyə Nəsib;
8. HƏP Şərur Rayon Təşkilatının Məclis üzvü Ələkbər Dadaşov;
9. HƏP İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri, Əliyar Şirməmmədov;
10. HƏP İdarə Heyətinin üzvü, HƏP Sədrinin köməkçisi Rəşad Abbaslı.
11. HƏP İdarə Heyətinin üzvü, HƏP Qadınlar Şurasının sədri Bela Davudova;
12. HƏP Sədrinin müşaviri Məmməd Vəliyev.
Seminar - müşavirəni giriş sözü ilə açan professor Nazilə xanım Abbaslı məclis iştirakçılarını salamladıqdan sonra qısa giriş sözü söylədi, Azərbaycan Dövlət Himnini oxuduqdan sonra Qarabağ Vətən savaşında və Azərbaycanın müstəqilliyi uğrunda Şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi və ruhlarına dualar oxudu.
Seminar - müşavirənin mövzusu ilə bağlı HƏP Sədrinin Təşkilatı məsələlər üzrə müavini Fərrux Binnətzadə geniş çıxış etdi.
Hörmətli xanımlar və cənablar !
Kəlbəcərdə müasir İstisu mineral sular zavodu inşa edilib istifadəyə verilmişdir. Yenidən inşa edilən Ağdam və Füzuli şəhərlərində yeni müasir məktəblər, Ağdamda Muğam Mərkəzi tikilib istifadəyə verilmişdir. Qarabağın hər yerində saysız - hesabsız mədəni - məişət obyektləri tikilmiş, Laçında mebel fabriki fəaliyyət göstərir və günbəgün yeni iş yerləri açılmaqdadır. Qarabağın mərkəzi sayılan Xankəndində müasir Qarabağ Universiteti artıq fəaliyyət göstərir, şəhərdə muzeylər, məktəblər, müxtəlif istehsalat sahələrin sayı günbəgün artmaqdadır. Şəhər stadionu yenidən qurulmuşdur. Xankəndinin minlərlə azərbaycanlı sakinləri işlə təmin olunmuş, uşaqlar və gənclər isə məktəblərdə və universitetlərdə təhsil alırlar. Hal-hazırda Şuşa - Xankəndi "Kanat yolu" layihəsi üzərində işlər aparılır. Xankəndi şəhərinin küçə və prospektləri əsaslı şəkildə yenidən qurulur. Su və kanalizasiya sistemləri əsaslı dəyişdirilir. 110 KV. Xankəndi yarımstansiyası və iki Su Elektrik Stansiyasının tikintisi davam edir.
Xankəndi şəhərində İmarət Kompleksi və Qiyaslı məscidi bərpa olunur. Mədəniyyət evlərinin və muzeylərin bərpası həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021 - ci il mayın 23 - də Ağdama ilk səfərləri zamanı şəhərin baş planı təsdiqləndi, Ağdam Sənaye Parkının və müxtəlif obyektlərin təməli qoyuldu və Prezident həmin səfər zamanı dedi ki, "Ağdamı elə quracağıq ki, bütün dünya görəcək bu şəhəri kimlər viran qoyub və biz onu necə bərpa etdik". 2022-ci ildə Ağdam Sənaye Parkı rəsmi olaraq fəaliyyətə başladı. Ağdamda " ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında texnologiyalar tətbiq olunmağa başladı. 2023-cü ildə ilk taxıl və pambıq əkinləri həyata keçirildi. Ağdam Aqroparkı yaradıldı. Ağdamda yeni yaşayış massivlərinin tikilişi davam edilir, minlərlə ailələrin Ağdama köçməsi üçün mənzil fondu yaradırılır. Ağdam Cümə Məscidi və İmarət kompleksində restavrasiya işləri tamamlanır.
Səhiyyə və təhsil obyektləri (xəstəxana, poliklinika, məktəblər, uşaq bağçaları) istifadə verilib və bəzi müəssisələrin inşa işləri davam etdirilir. Təmiz enerji layihələri və yaşıl texnologiyalar pilot olaraq Ağdamda tətbiq olunur. Füzuli rayonunda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə yenidən qurma işləri aparılır, işğal dövründə tamamilə dağıdılmış və sıfırdan yenidən qurulur. 2021- ci il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Prezidentini Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilərr. Füzulidə əkin torpaqları minalardan təmizlənir, Aqropark layihələr icra olunur. "Zəfər Yolu" adlanan Horadiz - Füzuli - Şuşa avtomobil yolu tikilib başa çatdırılmışdır və bu dörd və altı zolaqlı yol regionun əsas arteriyalarından biridir.Tikintisinə başlanmış məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət mərkəzi və digər sosial obyektlərin bir qismi artıq istifadəyə verilmişdir.
" Yaşıl enerji zonası " konsepsiyası çərçivəsində Füzuli enerji baxımından dayanıqlı rayon olacaq. Dörtlər kəndində "ağıllı kənd" layihəsi həyata keçirilir. Merdinli kənd məscidinin bərpası başa çatdırılıb. Kəlbəcər rayonunda mina təmizləmə işləri ilə paralel olaraq yolların çəkilməsi və mühəndis təminatı təmin olunmuşdur. Uzunluğu 82 km olan Toğana - Kəlbəcər avtomobil yolunun təməlini Prezident İlham Əliyev qoymuş, mürəkkəb relyef şəraitində çoxsaylı tunellər və körpülər inşa olunur, bəziləri başa çatdırılıb. 11.6 km uzunluğunda Murovdağ tuneli cənubi Qafqazın ən uzun yol tuneli olacaq. Hal-hazırda Kəlbəcər - Laçın və İstisu - Kəlbəcər yolları sürətlə inşa olunur. Prezident İlham Əliyev "Kəlbəcər - 1", " Kəlbəcər - 2" su elektrik stansiyalarının açılışında iştirak edib.
Əvvəlcə icazə verin bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə Haqq Ədalət Partiyasının bütün üzvləri adından dərin təşəkkürümü bildirim. Azərbaycan öz müstəqilliyinə nail olduğu andan qonşu Ermənistan xarici havadarlarının təhriki və dəstəyi ilə xalqımıza tarixən düşmən olan erməni milliyətçilərini və Dağlıq Qarabağda uzun illər ərzində yetişdirdikləri separatçı - terrorist qüvvələri Azərbaycana qarşı hərəkətə gətirdilər. Bunula da sonralar geniş miqyaslı münaqişəyə, müharibəyə çevrilən, xalqımız üçün çox ağır, həlli inanılmaz qadər mürəkkəb olan Qarabağ problemi yaranmış oldu.İdarəçilik və dövlətçilik təcrübəsi olmayan insanlar meydanlardan "Azərbaycan Xalq Cəbhəsi" adı ilə hakimiyyətə gəldilər və bir neçə ay ərzində qurduqları hakimiyyət iflasa uğradı və Qarabağ problemi həll olunmaz bir duruma düşdü. Ölkəmiz isə vətəndaş müharibəsi həddinə çatdı. Getdikcə güclənən xalq etirazları və çökmüş iqtisadiyyat insanları dilənçi halına salmış oldu. Artıq hakimiyyətə heç bir ümid yeri qalmadığı halda xalq ağır vəziyyətdən çıxış yolunu, xilaskarını böyük dövlətçilik təcrübəsi olan, tarixin sınaqlarından çıxmış əsl Xalq Atası Heydər Əliyevin hakimiyyətə gətirilməsində gördü. Xalqın təkidli çağırışları ilə Ulu Öndərimiz hakimiyyətə gətirildi. Heydər Əliyev ilk növbədə ölkədə faktiki başlamış olan vətəndaş müharibəsinin qarşısını ala bildi. Ermənilərlə müharibədə atəşkəsə nail oldu, sonra isə dünyanın böyük Neft şirkətlərini Azərbaycana dəvət edərək " Əsrin Müqaviləsi" adlandırılan böyük neft kontraktları imzaladı. Heydər Əliyev çökmüş iqtisadiyyatı dirçəltməyə və ordu quruculuğuna başladı. Qısa zaman ərzində Azərbaycanda ictimai - siyasi sabitlik yarandı, dövlət quruculuğu öz məcrasına düşdü və Azərbaycanın inkişaf mərhələsinə qədəm qoydu.
2003-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək qısa illər ərzində Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirməyə və güclü qalib ordu yaratmağa nail ola bildi.
Prezident İlham Əliyevin böyük idarəçilik bacarığı və müdrikliyi ilə qurub yaratdığı Azərbaycan Ordusu özünün rəhbərliyi ilə 200 il davam edən erməni - azərbaycan münaqişəsini doğma Qarabağda başlanmış Vətən müharibəsində şanlı qələbə ilə başa çatdırdı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın tarixində qalib sərkərdələrdən fərqli olaraq təkcə hərbi qələbə qazanmadı, O, həm də xalqımızın bu haqq işində onun özünə qarşı ciddi qarşıdurmalarda olan dünyanın nüfuzlu liderlərinin üzərində siyasi - diplomatik qələbə qazandı.
Prezident İlham Əliyev düşmən üzərində qazandığı bu tarixi qələbəsi ilə Müzəffər Sərkərdə - Qarabağ Fatehi titulunu öz ünvanına haqq etmiş oldu. Xalqımızın başını uca etdi, milli qürurunu özünə qaytardı və insanlara böyük sevinc bəxş etmiş oldu. Bütün dost və qardaş xalqlar da bu sevinci bölüşdülər və Prezident İlham Əliyevi ürəkdən alqışladılar.
Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin arzu və istəklərini həyata keçirə bildi, ruhunu şad etdi, onun layiqli davamçısı olmağı bacardı. Prezident İlham Əliyev əsrlərə söykənən " Dağlıq Qarabağ Problemini" təkbaşına həll etməklə dünyada mövcud olan çoxsaylı oxşar münaqişələrin həlli ilə onillərlə çarpışan və dünyanı idarə edən uğursuz güclərə - siyasi liderlərə böyük tarixi dərs vermiş və onlar üçün örnək olmuşdur.
Prezident İlham Əliyev dünyanın güc mərkəzləri sayılan güclərlə əlaqələr yaradaraq, onlarla müttəfiqliyə və Azərbaycanı dəstəkləmələrinə nail olmuş, ölkəmizi regionun lider dövləti səviyyəsinə qaldırmış, özü isə dünya miqyasında söz sahibinə çevrilmiş, dünyanın ən nüfuzlu siyasi liderlər sırasında layiqli yer tutmuşdur. Prezident İlham Əliyev ilk dəfə prezident seçilərkən xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirə bilmişdir. Beləliklə, qürurla qeyd etməliyəm ki, son 20 ildə Prezident İlham Əliyev ölkəmiz və xalqımız üçün edə bildiklərindən artığını ancaq xəyallarda arzulamaq olar.Odur ki, babalarımızın gözəl misalında deyildiyi kimi, "kəsə bilmədiyin əli öpüb, başına qoymalısan". Bu müdrük kəlamlar təkcə xalqımıza düşmən kəsilmiş xarici güclərə deyil, həm də ölkəmizdə fəaliyyət göstərən beşinci kalonun aciz və talesiz baş bilənlərinə də aiddir. Yəni, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların bəzilərinin xarici havadarlarının uğursuz və dəfələrlə puç olmuş xəyallarına uymaq və bundan sonra daha bir 30 il də ətraflarına toplaşmış insanları məyus edib, taleləri ilə qumar oynamaq xəyanət və cinayətdir.
Bundan sonra da uzun illər hakim partiya kimi fəaliyyət göstərəcək Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etməyimiz Azərbaycan xalqına ən böyük xidmətdir. Qarabağda böyük qələbədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ İqtisadi zonasında "Qarabağa Böyük Qayıdış Proqramı" ideyasını ortaya qoydu. Dövlət səviyyəsində qəbul olunmuş bu proqram Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və fasiləsiz nəzarəti ilə uğurla icra olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Qarabağ İqtisadi zonasına təşkil etdiyi səfərlərdə Haqq Ədalət Partiyası da iştirak etmişdir. Bu səfərlər zamanı "Qarabağa Böyük Qayıdış Proqramınının" icrasını heyranlıqla seyr etmiş, düşmən vandallar tərəfindən şəhər və kəndlərinin mədəni - tarixi abidələrin, məscidlərin, xəstəxanaların, məktəblərinin, infrastrukturun və bir sözlə bütün tikililərinin xarabazara, viranəyə çevirmiş doğma Qarabağın müasir şəkildə qurulub yaradılmasının şahidi olduq. Bu gün Qarabağ İqtisadi zonasında yeni şəhərlər, kəndlər və qəsəbələr tikilir, geniş müasir yollar çəkilir, saysız - hesabsız iri tunellər və körpülər inşa edilir, Naxçıvana gedən dəmir yolu başa çatdırılmaq üzrədir, qədim qalaların, dağıdılmış mədəni - tarixi abidələrin restovrasiya işi aparılır, yeni bağlar salınır, heyvandırlıq obyektləri tikilir, min hektarlarla torpaq sahələri əkin üçün hazır vəziyyətə gətirilmişdir, çoxsaylı elektrik stansiyaları qurulub istifadəyə verilmiş, Laçın rayonunda beş rayonu suvarma və içməli su ilə təmin edəcək 25 milyon kubmetr tutumu olan artıq açılışa hazır vəziyyətdə su anbarı tikilmişdir. Bu su anbarından Bakı şəhərinə də içməli su ötürülməsi planlaşdırılır. Qarabağda üç müasir səviyyədə - Füzulidə, Zəngilanda, Laçında Beynəlxalq Hava limanları tikilib başa çatdırılmış, Xocalı Hava Limanı isə yenidən qurulması planlaşdırılır.Prezident İlham Əliyev demişdir: " Şuşa şəhərinin bərpası həm iqtisadi, həm də mədəni sahələrdə Azərbaycanın yeni yüksəliş dövrünün başlanğıcıdır. Bu şəhər Azərbaycanın qüruru və Qarabağın mədəniyyət mərkəzi olacaqdır". Əsgəranda minalardan təmizlənmə və təhlükəsizlik tədbirləri ilə bağlı işlər başa çatdırılıb, şəhərdə geniş yenidənqurma işləri aparılır, yaşayış evləri təmir olunur, qədim Əsgəran qalasında geniş restavrasiya işləri sürətlə davam etdirilir. Ağdam - Əsgəran - Xocalı - Xankəndi avtomobil yolunun tikintisi həyata keçirilir. Şəhərdə su və kanalizasiya sistemləri yenidən qurulmuşdur. Enerji şəbəkələrinin bərpası və yenidən qurulması həyata keçirilir. Tarixi və dini abidələrin bərpası davam etdirilir. 2023 - cü ilin dekabrında Ağdərə rayonu yenidən yaradılıb və Ağdarə şəhəri bu rayonun inzibati mərkəzi elan edilib. Ətraf kənd və qəsəbələrdə əlaqəni təmin edən yolların təmiri və yenidən qurulması həyata keçirilir. Ağdərə şəhərinin baş planı hazırlanıb və şəhərsalma işləri həyata keçirilir. Ağdərənin ətraf ərazilərində kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələr inşa olunur. Su və kanalizasiya sistemi yenidən qurulur. Ağdərə şəhərində enerji sahələrinin bərpası və yenidən qurulması həyata keçirilir. Tarixi və dini abidələrin bərpası aparılır. Xocalı şəhərinin əraziləri minalardan təmizlənmə və təhlükəsizlik tədbirləri artıq başa çatdırılmışdır. Şəhərdə Beynəlxalq Hava limanı, respublika əhəmiyyətli avtomobil yolları və dəmir yolu infrastrukturu yaradılıb. Xocalı şəhərinin baş planı hazırlanıb və şəhərsalma işləri həyata keçirilir. İlkin mərhələdə 12 min nəfərlik şəhərin tikilməsi planlaşdırılır. 110 mənzillik binalar və 92 kottec tipli evlər tikilir.
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası inşa olunaraq istifadəyə verilib. Müasir idman stadionu tikilib və yaraşıqlı istirahət parkı salınmışdır. Xocalı
şəhərində enerji şəbəkələrinin bərpası və yenidənqurması artıq həyata keçirilmişdir. Xocalı Soyqırım Memorial kompleksinin yaradılması üçün hazırlıq işləri aparılır. Diqqətinizə çatdırdığım faktlar və dəlillər Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ İqtisadi zonasında bu günə qədər görülüb başa çatdırılmış işlərdir. "Qarabağa Böyük Qayıdış Proqramının" icrası sürətlə davam edir. Bu proqram Qarabağ İqtisadi zonasında tikilib yaradılacaq yaşayış evlərinin, geniş infrastrukturun, yolların, fabrik-zavodların, xəstəxanaların, mədəni-məişət obyeklərin, İdman komplekslərin, istirahət yerlərinin, bağların, bostanların, heyvandarlıq fermalarının və bütövlükdə əhalinin rahat məskunlaşması və yaşaması üçün çoxsaylı digər obyektlərin də yaradılmasını əhatə edir.Çıxışımın sonunda ölkəmizin davamlı inkişafını və xalqımızın getdikcə artan rifahını təmin edəcək "Böyük Qayıdış Proqramının" tam olaraq həyata keçirilməsi işində Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına hamınızın adından böyük uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
Məclisin sədrliyini davam etdirən Fərrux Binnətzadə məruzə ətrafında çıxışlar üçün aşağıda adları çəkilənlərə söz verdi:
1. HƏP İdarə Heyətinin üzvü, HƏP Naxçıvan Muxtar Respublikası Regional Mərkəzinin rəhbəri, professor Nazilə xanım Abbaslı;
2. HƏP Naxçıvan Şəhər Təşkilatının sədri Əsgər Məmməbəli ;
3. HƏP Babək Rayon Təşkilatının sədri, HƏP Mərkəzi İcra Aparatının Hüquq şöbəsinin müdiri Yusif Allahyarov;
4. HƏP Şərur Rayon Təşkilatının sədri, Şərur Bələdiyyəsinin üzvü Rövşən Əliyev;
5. HƏP Culfa Rayon Təşkilatının sədri Etibar Qasımov;
6. HƏP Şərur Rayon Təşkilatı Ağsaqqallar Şurasının sədri Məhəmmədəli Quliyev;
7. HƏP Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Surayyə Nəsib;
8. HƏP Şərur Rayon Təşkilatının Məclis üzvü Ələkbər Dadaşov;
9. HƏP İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri Əliyar Şirməmmədov;
10. HƏP İdarə Heyətinin üzvü, HƏP Sədrinin köməkçisi Rəşad Abbaslı;
11. HƏP İdarə Heyətinin üzvü, HƏP Qadınlar Şurasının sədri Bela Davudova;
12. HƏP Sədrinin müşaviri Məmməd Vəliyev.
Çıxış edənlər mövzu ətrafında Dağlıq Qarabağ probleminin uzun illər xalqımıza gətirdiyi acılardan, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad edilməsi üçün həyata keçirdiyi böyük tədbirlərdən və azad edilmiş Qarabağ İqtisadi zonasında bu günə qədər görülmüş işlərdən faktlar və dəlillərlə danışdılar və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına böyük uğurlar arzuladılar. Tədbirin sonunda Fərrux Binnətzadə HƏP - in 2025 - ci il fəaliyyət proqramı haqqında məlumat verdi, məclis iştirakçıları adından tədbirin keçirilməsi üçün yaradılmış yüksək şəraitə görə əməyi keçmiş hər kəsə HƏP adından bir daha dərin təşəkkürünü bildirdi.