Qəbul imtahanlarının ikinci mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başladı.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, qeydiyyat 26 may-8 iyun tarixində həyata keçiriləcək.
Qeyd edək ki, II cəhd imtahanı II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə isə 13 iyulda həyata keçiriləcək.
Həmçinin Coğrafiya fənni üzrə əlavə imtahanının tarixi 13 iyuldur.
Xatırladaq ki, II cəhd imtahanına qeydiyyatın təsdiq edilməsi üçün 50 AZN ödəniş edilməlidir.