Mayın 31-i və iyunun 1-də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə 6-cı və 9-cu siniflər üzrə qəbul imtahanları keçirilib.
Modern.az xəbər verir ki, test üsulu ilə təşkil olunan imtahanlar Azərbaycan dili, tarix, ingilis dili, kimya, fizika və riyaziyyat fənlərini əhatə edib.İmtahanlarda ümumilikdə 1600-dən çox şagird iştirak edib.
Qəbul imtahanlarının nəticələrinin ən geci iyunun 15-də elan olunacağı nəzərdə tutulur.