Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Görkəmli yazıçı Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO

Elm və təhsil

18-05-2023, 03:12

Görkəmli yazıçı Mir Cəlalın 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO

 

Mayın 17-də AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə görkəmli yazıçı Mir Cəlalın anadan olmasının 115 illik yubileyinə həsr olunmuş "Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiya keçirilib.

AMEA-dan "tehsil.media”a bildirilib ki, tədbirdən əvvəl M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən Mir Cəlalın əsərlərini əks etdirən sərgiyə baxış keçirilib.

Elmi sessiyanı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Ədəbiyyat İnstitutu ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində tədqiqatların aparıldığı başlıca mərkəzdir və elmi-tədqiqat müəssisəsində görkəmli yazıçı Mir Cəlalın yubileyinin keçirilməsi ədəbiyyatşünas alimlərin mənəvi borcudur. Ötən müddət ərzində ədibin həyatının müəyyən dövlərinin bağlı olduğu Bakı Dövlət Universiteti, Gəncə şəhəri və Qazax Müəllimlər Seminariyasında 115 illik yubileyinin qeyd olunduğunu deyən AMEA rəhbəri Mir Cəlalın 16 il Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 1 aydan artıq müddətdə isə institutun direktor əvəzi kimi çalışdığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Mir Cəlalı fərqləndirən başlıca cəhət onun universal, çoxcəhətli fəaliyyətə malik olmasıdır. O, yazıçı, ədəbiyyatşünas, publisist, pedaqoq kimi məşğul olduğu bütün sahələrin peşəkarı olmuşdur. Mir Cəlalın yaşadığı dövrü ideallaşdırmadan, sərt kommunist rejiminin ideologiyasını təbliğ etmədən yalnız obyektiv gerçəkliyi, insanın real həyatını, obyektiv gerçəkliyi meydana qoyduğunu deyən AMEA prezidenti ədibin bu dəst-xəttinin roman, povest, satirik-yumoristik əsərlərində də müşahidə olunduğunu söyləyib. Xüsusilə, "Həyat hekayələri”, "Sadə hekayələr”, "Bir gəncin manifesti” və başqa əsərlərində sadə həyat hekayələrinin, insanın mənəvi aləminin oxuculara çatdırıldığını bildirib. Vurğulayıb ki, görkəmli yazıçı epik ədəbiyyatın bütün sahələrində ərsəyə gətirdiyi mükəmməl əsərlərlə, həm də ədəbiyyatşünaslıq istiqamətindəki fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.

Yazıçının "Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyası ilə şairin poetikasına dair nadir bir əsəri meydana qoyduğunu deyən akademik İsa Həbibbəyli ilk və son dəfə bu əsərlə Azərbaycan ədəbiyyatşünaslığında Füzulinin 17-18 beytlik müəmmalarının tədqiqata cəlb olunduğunu, bu əsərin həm də poetika ilə estetikasının vəhdətini təşkil etdiyini bildirib. Həmçinin Mir Cəlalın "Azərbaycanda ədəbi məktəblər” mövzusunda mükəmməl doktorluq işi ilə Azərbaycanda ədəbi məktəblərin tarixinə nəzər yetirdiyini vurğulayıb. Eyni zamanda ədibin ədəbiyyat nəzəriyyəsi sahəsində də böyük xidmətləri olduğunu, realizm, satira və yumorun dəqiq mahiyyətini müəyyənləşdirdiyini diqqətə çatdırıb. AMEA rəhbəri qeyd edib ki, Mir Cəlal həm də görkəmli pedaqoqdur və onun "XX əsr Azərbaycan ədəbiyyatı” və "Ədəbiyyatşünaslığın əsasları” dərslikləri bu gün də ali məktəblərdə tədris olunur.

Akademik vurğulayıb ki, Mir Cəlal həm də yaradıcılığı və zəngin fəaliyyəti ilə XX əsrin əvvəlləri ilə məşhur "Altmışıncılar” ədəbi nəsli arasında körpü rolunu oynamış, yeni ədəbi nəslin yetişməsinə mühüm töhfələr vermişdir.

AMEA rəhbəri İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, Mir Cəlalın zəngin irsi bu gün alimlərimiz tərəfindən müstəqillik dövrünün çağırışları əsasında yenidən tədqiqatlara cəlb olunur, əsərləri yenidən çap edilir və onun işıqlı xatirəsi gələcək nəsillərə çatdırılır.

Sonra M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov "Mir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktorları, dosent Aslan Salmansoy "Səməd Vurğun və Mir Cəlal”, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”, filologiya elmləri doktoru İsmayıl Kazımov "Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”, filologiya elmləri doktoru Əlizadə Əsgərli "Füzuli sənətkarlığı” və "Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva "Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər”, Dilarə Adilova "Mir Cəlal hekayələrində müasirlik” və Fidan Rzayeva "Mir Cəlal yaradıcılığı səhnədə” mövzularında məruzələrlə çıxış ediblər.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev Mir Cəlalın 5 il bundan əvvəl 110 illik yubileyinin də Ədəbiyyat İnstitutunda keçirildiyini xatırladıb, budəfəki yubileyin Akademiya miqyasında humanitar sahə ilə müxtəlif elmi-tədqiqat institutlarının alimləri tərəfindən qeyd olunmasının təqdirəlayiq hal olduğunu bildirib. Məruzələrin ciddi elmi araşdırmalar əsasında hazırlandığını bildirən Hafiz Paşayev çıxışlarda tədqiqatçıların məlum olmayan məsələlərə toxunduğunu, xüsusilə Mir Cəlal və Səməd Vurğun, Mir Cəlalın əsərlərinin dil xüsusiyyətləri, Füzuli ilə bağlı, teatr və səhnə fəaliyyətinə dair tədqiqatların davam etdirilməsinin gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracağını deyib.

Tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Oxunub: 271
Paylaş:
Digər xəbərlər

Ali təhsil

18-04-2023, 12:53

BDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilib

Gündəm

26-04-2023, 11:46

UNEC-də Mir Cəlal Paşayevin yubileyi qeyd olunub

Ali təhsil

20-04-2023, 09:56

BDU-nun professor-müəllim heyəti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində - FOTOLAR

Elm və təhsil

3-05-2023, 10:54

Ədəbiyyat İnstitutu tərəfindən kitab işıq üzü görüb

Elm və təhsil

20-04-2023, 13:13

Nizami Muzeyində Ömər Faiq Nemanzadəyə həsr olunmuş elmi seminar məşğələsi keçirilib

Araşdırma
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Elm və Təhsil
Bugün, 12:59
Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Bugün, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
Bugün, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
Bugün, 11:42
MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
Dün, 23:31
Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Dün, 13:03
UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
Hadisə
Bugün, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
Son xəbərlər
  • Bugün, 12:59
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • Bugün, 12:45
    "ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
  • Bugün, 12:17
    Celebry imtahanı və ChatGPT cavabları
  • Bugün, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • Dün, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
  • Dün, 13:03
    UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
  • 25-06-2025, 23:26
    Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
  • 25-06-2025, 19:35
    Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
  • 25-06-2025, 18:26
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 25-06-2025, 14:19
    Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
  • 25-06-2025, 13:12
    Bazar günü rezidenturaya qəbul imtahanı keçiriləcək
  • 25-06-2025, 13:11
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:10
    Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:08
    II-III qruplarda 2-ci cəhd imtahanları keçiriləcək
  • 25-06-2025, 09:45
    Sertifikasiya nəticələrindən narazı olanların nəzərinə!
  • 25-06-2025, 09:42
    NAZİRDƏN ŞOK AÇIQLAMA-" Təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur"
  • 24-06-2025, 18:54
    Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
  • 24-06-2025, 18:19
    Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
  • 24-06-2025, 15:44
    DİM bu imtahana qeydiyyat elan edib
  • 24-06-2025, 15:43
    Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
  • 24-06-2025, 13:55
    Elmi-kütləvi ədəbiyyatların tərcüməsi məşğul olanlara pul verilsin!
  • 24-06-2025, 13:55
    İbtidai təhsilin beş il olması təklif edilir
  • 24-06-2025, 13:54
    Prioriterimiz təhsil sistemini bir qədər sadələşdirməkdir
  • 24-06-2025, 13:53
    Nazir: Bəzi fənlər şagirdlərə lazım olan bacarıqları vermir
  • 24-06-2025, 13:52
    Qarabağ Universitetində vakansiya var
  • 24-06-2025, 13:51
    Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
  • 24-06-2025, 13:50
    Məktəbli formaları dəyişməyəcək - Emin Əmrullayev
  • 24-06-2025, 13:48
    Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
  • 24-06-2025, 13:46
    FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
  • 24-06-2025, 13:37
    Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq
  • 24-06-2025, 13:36
    Sertifikasiya imtahanında sullar çətin olub? - Nazirdən REAKSİYA
  • 24-06-2025, 10:34
    Psixoloq qəbuluna dair apellyasiya prosesi başladı
  • 24-06-2025, 10:33
    "Biri aldadıldığını, digəri isə aldatmadığını deyir" - olimpiada qalmaqal böyüyür
Daha çox
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
23-06-2025, 16:08
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
22-06-2025, 00:01
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə