Ali təhsil müəssisələrinə qəbul üçün I ixtisas qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər bu gün informatika fənni üzrə imtahan verirlər.
Bu barədə "
tehsil.media"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Xatırladaq ki, iyulun 23-də DİM, həmçinin IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.