Səhər saatlarında kəndi qara xəbər bürüdü. Qardaşlar və onların tanışını tok vuraraq öldürüb.
tehsil.media xəbər verir ki, hadisə Sabirabad rayonunun Cavad kəndində baş verib. Kənd sakinləri Nihad və onun qardaşı Əjdər Əlizadə kənddən keçən su kanalına çimmək məqsədi ilə giriblər. Həmin vaxt isə onları cərəyan vurub.
Məlumata əsasən, onlar suya girən zaman quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Hadisə nasosun suya verdiyi cərəyanın təsirindən baş verib. Yaxınlıqda olan əmiğlu Orxan Əliyev uşaqların kanalda hərəkətsiz olduğunu görüb. Onları xilas etmək istəyərkən onu da tok cərəyanı vurub.
Əkiz qardaşlar və onların qohumu təcili olaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onların öldüyü məlum olub.
Fakta görə, Sabirabad rayon Prokrorluğunda cinayət işi başlanıb.