Azərbaycanda təhsillə bağlı ictimai müzakirələrdə adətən səsləndirilən fikir bundan ibarətdir ki, dövlət büdcəsindən təhsilə daha çox pul ayrılmalıdır. Və bunun üçün də təhsilin keyfiyyəti artırılmalıdır.
Lakin müzakirə edilməyən və yaxud kifayət qədər müzakirə edilməyən digər məsələ, bu ayrılan pul hansı məqsədə xidmət etməlidir və hansı təhsil pillələri üzrə ayrılmalı olmasıdır.
Ən çox maraqlandıran sual budur ki, dövlətin təhsilə ayırdığı pul hansı istiqamətə xərclənməlidir?
Bildiyimiz kimi, Azərbaycanda təhsilin bir çox problemi var. Azərbaycanda kifayət qədər kadr olmadığının şahidiyik. Azərbaycan təhsilində akademik azadlıq yoxdur. Bəs bu problemlər həll olunsa, təhsillə bağlı məsələlər qaydasına düşürmü?
Xeyr, dəyişikliyə ehtiyac var.
Deməli 2022-ci ildə təhsilə ayrılan büdcə 13 % təşkil edir. Həmin təhsilə ayrılan pulun çox hissəsi orta məktəblərə xərclənir.
Təxmini 1-2% ali təhsil üçün xərclənir.
Göründüyü kimi, məktəbdən sonra abituriyentlərin təhsili üçün çox cüzi pul ayrılır. Və nəzərə alsaq ki, Azərbaycanda ali məktəblər heç də kənardan çox tələbə qəbul etmir və təhsil haqqı Azərbaycanda ortalama 2300 manatdır. Bu qiymət Azərbaycan üçün çox görünsə də, savadlı kadr yetişdirmək üçün azdır. Demək olar ki, Azərbaycan universitetləri əksərən kasıbdır. Və bunun nəticəsində tələbələrə keyfiyyətsiz təhsil verəcəklər. Bunun nəticəsində həmin təhsil ocaqlarının prestiji aşağı olacaq. Oranın məzunlarının elə də yaxşı iş tapmaq imkanı olmayacaq. Məhz səbəblərdən biri də budur ki, Azərbaycanda peşə məktəblərinin və texnikumların prestiji çox aşağıdır.
Bəs problem nədən ibarətdir?
Azərbaycanda rəsmi statistikaya görə, məktəbi bitirən şəxslərin yəni 9, 11 illik oxuyandan sonra məktəbdən çıxan məktəblilərin, məzunların 66%-i təhsilini davam etdirmir. Bu o deməkdir ki, dövlət 2 milyarddan çox pul xərcləyir və şagirdlər 11 il təhsil alıb heç nə öyrənmirlər.
Amma belə görünür ki, orta məktəb yalnız elementar biliklər öyrədir.
Dövlət təhsil üçün yetərincə pul xərcləyir, lakin tələbələrin bir çoxu iş tapa bilmir.
Ali təhsil müddətində isə orta məktəbdə keçirilən fənlərin demək olar ki, təkrarı keçirilir. Belə anlaşılır ki, ölkəmizdə bu təkrarçılıq sistemi ilə ali təhsilə ehtiyac yoxdur