Abşeron rayonunun Məhəmmədi qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
tehsil.media azedu.az-a istinadən, xəbər verir ki, avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Məmmədov Anar Azad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.