Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin nəzərinə!

Elm və təhsil

18-09-2023, 10:32

İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin nəzərinə!


Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi başlanıb və 1 noyabr 2023-cü il tarixində başa çatacaq


tehsil.media xəbər verir ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və dövlət qulluğu sertifikatı olan şəxslərdən iş yeri tələb olunmur), yaşı 22-45 arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün namizədlər aşağıdakı mərhələləri keçməlidirlər:

- Müsahibə və psixometrik ölçmələr;

- Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanı;

- Təlimlər;

- İmtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı.

Namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyatı, sənədlərin qəbulu, müsahibə və psixometrik ölçmədə iştirak etmək üçün ödəniş tələb olunmur. Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün ilkin test imtahanı, təlimlər və imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı isə ödənişli əsaslarla həyata keçirilir.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsinə artıq start verilib və 1 noyabr 2023-cü il tarixində başa çatacaq.

Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Namizədlər ilk olaraq Mərkəzin internet saytında ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradır. Şəxsi kabinetin istifadəçi adı (FİN kod) və parolundan istifadə edərək ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) daxil olub elektron anket formasını doldurur, elektron poçt ünvanının düzgünlüyünü 6 rəqəmli kodu göndərməklə təsdiq edir, zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olur və anketini təsdiq edir.



Namizədə qeydiyyatdan keçdikdən sonra elektron poçt ünvanına müsahibə və psixometrik ölçmələr mərhələsinə qeydiyyatdan keçməklə bağlı bildiriş göndərilir. Elektron anketə daxil olaraq müsahibə tarixi və saatını seçir. Namizəd müsahibəyə gələrkən özü ilə aşağıdakı sənədləri gətirir:
Şəxsiyyət vəsiqəsi;
Təhsil haqqında sənəd (diplom) ;
İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və dövlət qulluğu sertifikatı olan şəxslərdən arayış tələb olunmur. İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbərləri tərəfindən imzalanır);
Dövlət qulluğu sertifikatı (namizədlərin dövlət qulluğu sertifikatının olub-olmaması elektron formada Müsahibə Komissiyası tərəfindən yoxlanılır) ;
Məhkumluq barədə arayış.
Müsahibələr Bakı şəhəri və DİM-in regional bölmələrinin yerləşdiyi şəhər və ya rayonlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Şəmkir, Bərdə, Göyçay və Şirvan) keçirilir.

Namizəd müsahibədən dərhal sonra psixometrik test imtahanına cəlb edilir.

Müsahibə və psixometrik ölçmələr mərhələsində namizədin ümumi dünyagörüşü, nitqi, fiziki və psixoloji cəhətdən sağlamlığı, stress vəziyyətində işləmək bacarığı yoxlanılır.

2. Müsahibə və psixometrik testdən uğurla keçən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilir. İlkin test imtahanına qeydiyyatdan keçməklə bağlı bildiriş namizədin elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq ilkin test imtahanında iştirak etmək istədiyi tarixi və saatı seçir.

Namizəd imtahan günü bildirişdə göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və şəxsiyyət vəsiqəsini gətirməlidir. Test imtahanı elektron formada kompüter vasitəsilə həyata keçirilir və imtahan nəticələrini dərhal müəyyənləşdirmək imkanı verir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. İmtahanın müddəti 1 saatdır və ümumi nəticəsi 40% (12 bal) və daha yuxarı olan namizədlər növbəti mərhələyə buraxılır.

3. İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər əyani vəsaitlərlə təmin edilir (zal nəzarətçisi təlimatı, normativ sənədlər və s.) və müəyyən edilmiş qrafikə uyğun olaraq iki günlük təlimə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin elektron poçt ünvanına bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin günü və vaxtını seçir.

“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi 1,5 saat müddətində davam edir və aşağıdakı mövzuları əhatə edir:

- İmtahan prosesinə aid stres və təlaş;

- İmtahana cəlb olunan tərəflərin psixoloji portretləri;

- İlkin təəssüratın imtahan gedişatına təsiri;

- İmtahan prosesində ünsiyyət xüsusiyyətləri;

- İmtahana psixoloji hazırlıq.

“DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” təlimi 3 saat müddətində aparılır və aşağıdakı mövzuları əhatə edir:

- DİM-in hüquqi statusu, strukturu və fəaliyyət istiqamətləri;

- DİM tərəfindən keçirilən imtahanlar;

- İmtahanların təşkili və idarə edilməsi;

- Məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi;

- Zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları.

Təlimin sonunda namizədlərə təlimlərdə iştirakla bağlı sertifikat verilir.

4. Sonda namizədə təlimlər zamanı əldə etdiyi biliklərinin ölçülməsi üçün imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına qeydiyyatdan keçməklə bağlı bildiriş göndərilir. Namizəd elektron anketinə daxil olaraq test imtahanının tarixini və saatını seçir.

Namizəd imtahan günü bildirişdə göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və şəxsiyyət vəsiqəsini gətirməlidir. Test imtahanı elektron formada kompüter vasitəsilə həyata keçirilir. Yekun test imtahanında namizədlərə 30 qapalı tipli test təqdim edilir. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. İmtahan müddəti 45 dəqiqədir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur.

Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyənin yoxlanılması üçün ilkin test imtahanından əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60 %-i toplanır. Yekunda ən az 60%-lik nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:

- 90% və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;

- 60% və ondan yüksək, lakin 90%-dən aşağı nəticə göstərdikdə - B kateqoriyası;

“Əməkdar müəllim” fəxri adı alan müəllimlər təlimlərdə iştirak etdikdən sonra A kateqoriyası üzrə zal nəzarətçisi sertifikatı əldə edirlər.

Namizədin nəzarətçi qismində fəaliyyətinin sertifikatlaşdırılması ona zal nəzarətçisi statusunun verilməsi hesab olunur və bu barədə zal nəzarətçilərinin bazasında qeyd aparılır.

Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun gələn Vətən Müharibəsinin iştirakçıları və “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesində nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar. (Təsdiqedici sənədlər müsahibə zamanı namizəd tərəfindən təqdim edilməlidir).

Oxunub: 316
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

17-09-2023, 15:28

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

Peşə təhsili

20-07-2023, 10:49

Peşə məktəblərində direktor və direktor müavini olmaq üçün qeydiyyat başa çatır

Məktəblər

31-08-2023, 10:00

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi keçirilir

Elm və təhsil

11-08-2023, 20:38

Peşəkar mühasib sertifikatı imtahanına qeydiyyat başlanıb

Məktəblər

3-07-2023, 10:00

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ!

Araşdırma
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Elm və Təhsil
Bugün, 12:59
Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Bugün, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
Bugün, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
Bugün, 11:42
MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
Dün, 23:31
Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Dün, 13:03
UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
Hadisə
Bugün, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
Son xəbərlər
  • Bugün, 12:59
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • Bugün, 12:45
    "ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
  • Bugün, 12:17
    Celebry imtahanı və ChatGPT cavabları
  • Bugün, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • Dün, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
  • Dün, 13:03
    UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
  • 25-06-2025, 23:26
    Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
  • 25-06-2025, 19:35
    Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
  • 25-06-2025, 18:26
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 25-06-2025, 14:19
    Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
  • 25-06-2025, 13:12
    Bazar günü rezidenturaya qəbul imtahanı keçiriləcək
  • 25-06-2025, 13:11
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:10
    Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:08
    II-III qruplarda 2-ci cəhd imtahanları keçiriləcək
  • 25-06-2025, 09:45
    Sertifikasiya nəticələrindən narazı olanların nəzərinə!
  • 25-06-2025, 09:42
    NAZİRDƏN ŞOK AÇIQLAMA-" Təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur"
  • 24-06-2025, 18:54
    Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
  • 24-06-2025, 18:19
    Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
  • 24-06-2025, 15:44
    DİM bu imtahana qeydiyyat elan edib
  • 24-06-2025, 15:43
    Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
  • 24-06-2025, 13:55
    Elmi-kütləvi ədəbiyyatların tərcüməsi məşğul olanlara pul verilsin!
  • 24-06-2025, 13:55
    İbtidai təhsilin beş il olması təklif edilir
  • 24-06-2025, 13:54
    Prioriterimiz təhsil sistemini bir qədər sadələşdirməkdir
  • 24-06-2025, 13:53
    Nazir: Bəzi fənlər şagirdlərə lazım olan bacarıqları vermir
  • 24-06-2025, 13:52
    Qarabağ Universitetində vakansiya var
  • 24-06-2025, 13:51
    Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
  • 24-06-2025, 13:50
    Məktəbli formaları dəyişməyəcək - Emin Əmrullayev
  • 24-06-2025, 13:48
    Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
  • 24-06-2025, 13:46
    FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
  • 24-06-2025, 13:37
    Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq
  • 24-06-2025, 13:36
    Sertifikasiya imtahanında sullar çətin olub? - Nazirdən REAKSİYA
  • 24-06-2025, 10:34
    Psixoloq qəbuluna dair apellyasiya prosesi başladı
  • 24-06-2025, 10:33
    "Biri aldadıldığını, digəri isə aldatmadığını deyir" - olimpiada qalmaqal böyüyür
Daha çox
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
23-06-2025, 16:08
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
20-06-2025, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
22-06-2025, 00:01
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə