Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Turan Qazma və Mühəndislik” şirkəti tərəfindən “Müasir biznes mühitində liderlik” mövzusunda təlim təşkil olunub.
Bu barədə "
tehsil.media"a ADNSU-dan məlumat verilib.
ADNSU-nun tələbə və əməkdaşlarının iştirak etdikləri təlimdə “Turan Qazma və Mühəndislik” şirkətində baş direktorun müavini Tomislav Klenkar müasir biznes mühitində liderlik anlayışı, liderlik xüsusiyyətlərinin 6 əsas prinsipi və onların sistemli təsnifatı haqqında təqdimatla çıxış edib.
Eyni zamanda, insan resurslarının idarə edilməsində biznesdə liderlik xüsusiyyətlərinin beynəlxalq təcrübəyə əsasən öyrənilməsindən və tətbiqindən danışılıb.