Oktyabrın 10-da Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən 2023-cü ildə doktoranturaya qəbul olmuş fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorant və dissertantlar üçün “İxtisasa giriş” adlı ilk seminar təşkil edilib.
ARTİ-dən "
tehsil.media"a bildirilib ki, seminarın məqsədi doktorant və dissertantlara təhsil müddəti ərzində görəcəkləri işləri izah etmək, onları gözləyən mərhələlər barədə geniş məlumat vermək olub.
İlk olaraq Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova 2023-cü ildə həyata keçirilən doktoranturaya qəbul prosesi, nəticələri və yekun barədə məlumat verib.
Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov doktorantların qarşısında duran işlər və doktorantın yol xəritəsi haqqında əhatəli danışıb.
Seminar sual-cavab formatında davam edib.