Polimer Materialları İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə "
tehsil.media"a institutdan məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad edildiyini söyləyib. Vurğulanıb ki, Böyük Qələbə aparılan məqsədyönlü siyasətin nəticəsidir.
Sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova Zəfər Gününə həsr olunan təqdimatla çıxış edib.
İnstitutun icraçı direktoru kimya elmləri doktoru Kazım Quliyev, elmi katib dosent Solmaz Rzayeva, dosent Almaz Çələbiyeva Prezident İlham Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, Azərbaycanın sürətlə inkişaf etdiyini bildiriblər.
Qeyd olunub ki, Vətən müharibəsində şanlı Ordumuz misilsiz qəhrəmanlıq nümunəsi göstərib.
Çıxış edənlər torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin daim uca tutulacağını vurğulayıblar.