Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Əsgərə məktub... - FOTO

Məktəblər

9-11-2023, 14:54

Əsgərə məktub... - FOTO


Qəhrəman müəllim ona məktub yazan məktəbli qızın arzusunu yerinə yetirdi

tehsil.media Adətən məktublar birbaşa, ünvanlı yazılır. Kimə çatacağını bilirsən. Nurayın yazdığı məktub adi məktub deyildi, əsl şanlı məktub idi. O, ilk məktubunu tanımadığı, heç vaxt üzünü görmədiyi Azərbaycan əsgərinə, qəhrəmanına yazırdı. Özü də çətin, mürəkkəb dövrdə yazılmışdı bu məktub. 2020-ci il, Azərbaycanın müzəffər ordusunun, igidlərinin işğalda olan torpaqlarımızın azadlığı uğrunda vuruşduğu günlər idi. İndi bu məktəbli qızcığaz bir çox yaşıdları kimi ön cəbhədə şücaət göstərən əsgərlərə ürək sözlərini yazır, onlara dəstəyini, sevgisini məktubla göndərirdi. Nuray Bayramova Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin 7c sinif şagirdidir. 44 günlük Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimizə mənəvi dəstək olmaq üçün “Əsgərə məktub” kampaniyasına qoşulur. O zaman 4-cü sinifdə oxuyurdu: “Məktubu yazarkən həyəcanlı idim. Əsgərə Qarabağımızı tezliklə azad edib sağ-salamat evlərinə, ailələrinə qayıtmağı arzuladım və müharibə bitdikdən sonra mənimlə görüşməyi, onun özünə təşəkkür etməyi dilədim”. Bu məktubu oxumaq döyüşçü Eldəniz Niftiyevə qismət olur.

Qızğın döyüşlərin içində məktəbli balaların səmimi arzularını oxumaq, onların yolunu gözlədiklərini bilmək əsgərlər üçün həm böyük stimul, həm də on qat məsuliyyət demək idi. Deməli, onların yolunu təkcə doğmaları deyil, hər kəs gözləyir, hər kəs onların qələbə ilə qayıdacaqlarına inanır.

Eldəniz Niftiyev Bakı şəhəri 236 nömrəli tam orta məktəbin hərbi rəhbəridir. Həmin günlərdə ehtiyatda olan polkovnik-leytenant kimi Eldəniz Niftiyev də vətənin müdafiəsinə qoşulmuşdu.

“Qələbədən sonra mənimlə görüşsən çox xoşbəxt olaram”

“2020-ci il Vətən müharibəsi başlayanda məktəbdə müəllim idim və oktyabr ayının 6-da döyüşə yollandım. Murovdağ istiqamətində olan döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etdim. Eləcə də, Talış istiqaməti, Ağdərə şəhərinin ön tərəfində olan mövqelərdə döyüşlərə qatılmışam. Həmin vaxt bizə məktublar gəlməyə başladı.

O məktublar əsgərlərimizə çox böyük ruh yüksəkliyi verirdi. Nurayın məktubunu da məktubların içərisindən seçib saxladım. Məktubun məzmununu oxuyanda çox xoşuma gəldi, məni çox təsirləndirdi. O öz şəklini də qoymuşdu. Nuray məktubda xahiş etmişdi ki, əgər salamat qalsanız, məktubu mənə çatdırarsınız. Mən də orada olan zabit və əsgərlərimizin yanında söz verdim ki, məktubu Nuraya çatdıracağam.

Eldəniz müəllim məktubu düz 3 ildir saxlayırmış. Elə hər gün deyirmiş ki, gedim Nurayı tapım, məktubunu çatdırım.

Bu günlərdə ona Elm və Təhsil Nazirliyinin Təhsil TV-nin əməkdaşı Jalə Əliyevadan zəng gəlir, onun haqqında süjet hazırlamaq istədiyini bildirir. Söz əsnasında Eldəniz müəllim saxladığı məktubdan və Nuraydan söz açır. Elə Jalə xanımın da təklifi ilə Nurayı birlikdə soraqlaşıb tapırlar.

Nəhayət, 3 ildən sonra Nurayın arzusu gerçək olur. Eldəniz müəllim və döyüşçü yoldaşı, Təhsil TV komandası Nuraya sürpriz edərək onların məktəbinə gəlirlər. Sinifdə hər kəs onları böyük sevinc və qürurla qarşılayır.

“Sevinirdim ki, sözümün üstündə durdum...”

Eldəniz Niftiyev: “Sinifdə olan bütün şagirdlər özlərini saxlaya bilmədilər, gözlərindən yaş axırdı. Biz də onlar qədər həyəcanlı, sevincli idik. Kövrəldik, qucaqlaşıb görüşdük. Sevinirdim ki, sözümün üstündə durdum, məktubu Nuray balaya çatdırdım”.

Nuray Bayramova: “Hisslərimi sözlə ifadə edə bilmirəm. Çox həyəcanlı və qürurverici an yaşayırdım. Məktubum Murovdağa gedib çıxmışdı. Əsgər sağ-salamat qayıdıb və sözünün üstündə durdu. Qarabağı azad edib mənimlə görüşə gəldi. Əsl Qalib Azərbaycan əsgərinə yaraşan bir hərəkət!

O bizə döyüşlərdən maraqlı söhbətlər etdi. Mənə hədiyyələr də gətirmişdi. Hədiyyələr arasında mənim üçün ən qiymətli hədiyyə Azərbaycan bayrağı oldu. Bayrağı öpüb gözümün üstünə qoydum. Otağımda başımın üzərindən asacağıma söz verdim. Məktubu da həmişə saxlayacağam.

Hazırda mən həm də 2 əsgər bacısıyam. İnanıram ki, qardaşlarım da xidmətlərini layiqincə başa vuracaqlar və sağ-salamat qayıdacaqlar”.

Gülnarə İLHAM

Əsgərə məktub... - FOTO
Əsgərə məktub... - FOTO

Oxunub: 327
Paylaş:
Digər xəbərlər

Məktəblər

6-11-2023, 17:40

Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdən "Zəfər Günü" ilə bağlı UNİKAL AKSİYA - VİDEO

Gündəm

27-09-2023, 19:53

BŞTİ müdiri şəhid ailələri ilə görüşüb - FOTO

Elm və təhsil

5-06-2023, 12:12

BŞTİ-yə ötən ay 17 562 müraciət daxil olub

Məktəblər

27-09-2023, 09:36

Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşüb - FOTO

Elm və təhsil

3-10-2023, 14:16

BŞTİ-yə ötən ay 27 min 990 müraciət daxil olub

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Bugün, 19:19
Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
Bugün, 13:50
"Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
Bugün, 13:49
ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
Bugün, 13:49
Yaponiyada yeni fənn tədrisinə başlanılıb
Bugün, 13:48
Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
Bugün, 13:47
DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
Hadisə
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Bugün, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • Bugün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Bugün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Bugün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Bugün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Bugün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Bugün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Bugün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Bugün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Bugün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Bugün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Bugün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • Dün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Dün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
Daha çox
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
30-06-2025, 12:37
İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə