Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

Mədəniyyət

24-11-2023, 17:47

“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - FOTO


Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçiriləcək.

Layihə Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunacaq.
Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.
Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində “Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib.
“Yaradıcı həftə” çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verilib.Qeyd edilib ki, müvafiq dövlət qurumlarının rəhbərləri, yaradıcı sektorun təmsilçiləri, onlarla beynəlxalq və yerli təşkilatın nümayəndələri, yüzlərlə yaradıcı şəxs, şirkətlər və ictimai birliklərin iştirakı ilə təşkil olunan həftə çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək. Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunacaq. Tədbirdə müvafiq dövlət qurumlarının rəhbərlərinin və kreativ sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar təşkil ediləcək. Forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi də (MY EXPO – 2023) təşkil olunacaq. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirəcək.
Həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçiriləcək. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə noyabr və dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək. Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarət olacaq. Müzakirələr 27-28 noyabr tarixlərində Bakıda “YARAT” Müasir İncəsənət Məkanında, 29-30 noyabr tarixlərində Sumqayıtda Heydər Əliyev Mərkəzində təşkil ediləcək.
Bildirilib ki, noyabrın 29-da Heydər Əliyev Mərkəzində “A-Hub” akselerasiya proqramının milli final mərhələsi keçiriləcək. Mədəniyyət Nazirliyi və ICESCO-nun dəstəyi ilə reallaşan layihə bu quruma üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə reallaşdırılıb. Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda 6 həftəlik akselerasiya keçib. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.
“Yaradıcı həftə” çərçivəsində həmçinin “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq. Noyabrın 30-da Heydər Əliyev Mərkəzində Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə platforma çərçivəsində müzakirə ediləcək. Əsas məqsəd son illərdə bu sahədə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq Azərbaycan musiqi sənayesinə tətbiq etməyin yollarını öyrənməkdir. Panel sessiyalarda Azərbaycan musiqi sənayesinin inkişafı və Azərbaycan musiqisinin təbliği mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirə xarici ekspertlər, beynəlxalq layihələrdə təcrübəsi olan mütəxəssislər, ölkədə musiqi sənayesinə töhfə verən və tanınan şəxslər, o cümlədən prodüserlər və musiqiçilər dəvət olunub. Panel sessiyaların davamı olaraq dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı müzakirələr (“Eurovision Talks") təşkil ediləcək. Tədbirdə bu yarışmada əldə olunan uğurlar, gələcək planlar və bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılacaq.
Bundan başqa, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə dekabrın 1-də Nizami Kino Mərkəzində “CINEMO” mobil film festivalının açılış mərasimi olacaq. Festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır. Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.
Həmin gün gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçiriləcək. Son illərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpiya” tammetrajlı bədii filmləri, “Sarılar – Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü” və “Qafqaza qayıdış” sənədli filmləri ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində nümayiş etdiriləcək.
Dekabrın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyası Yumor Festivalı da keçiriləcək. Festival Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın (RF) yumor dünyasının nümayəndələrini bir araya gətirəcək. Festivalda türk dünyasının yumor ustaları “stand-up” janrında çıxışlar edəcək və sonda münsiflər heyətinin qiymətləndirməsinə əsasən ölkələrdən biri qalib seçiləcək. Festival qarşılıqlı peşəkar və yaradıcı fəaliyyətin təşviq edilməsinə və bu sahədə birgə yaradıcı layihələrin həyata keçirilməsinə töhfə verəcək.
Diqqətə çatdırıldı ki, dekabrın 3-də, “Yaradıcı həftə”nin sonuncu günündə Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə dünyanın ən böyük animasiya studiyası olan ABŞ-nin “Disney”in 100 illiyi münasibətilə tədbir keçiriləcək. Nizami Kino Mərkəzində reallaşacaq tədbir çərçivəsində “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib ki, "Yaradıcı həftə" gələcəyə yönəlmiş bir layihədir və özündə müxtəlif istiqamətlər üzə rəngarəng tədbirləri ehtiva edir.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov layihənin Azərbaycanda ilk dəfə keçirildiyini söyləyib. O, layihənin qarşıya qoyulan məqsədlərə nail olacağını bildirib.
"YARAT" Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli həftə çərçivəsində qurumda keçiriləcək tədbirlər haqqında danışıb. Söyləyib ki, 1-3 dekabr tarixlərində “YARAT” Müasir İncəsənət Məkanında “Gəl, yarat” adlı yaradıcılıq marafonu keçiriləcək. Müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbir beş istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) üzrə reallaşacaq. Dekabrın 3-də hazırlanan məhsulların dəyərləndirilməsi münsiflər heyəti tərəfindən həyata keçiriləcək və hər bir istiqamət üzrə qalib komanda mükafata layiq görüləcək.
SUP.VC İnnovasiya Mərkəzinin direktoru Rəşad Eyvazov deyib ki, layihə çərçivəsində 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “CulTech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.
“CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq, öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.
“CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.
“GameTech” hakatonu zamanı iştirakçılar mentor dəstəyi ilə öz yaradıcı və innovativ oyun layihələrini yaratmaq və nümayiş etdirmək üçün bir araya gələcəklər. 48 saat davam edəcək hakatona oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər qatılacaq.
Dekabrın 3-də münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunacaq və mükafatlandırılacaq.
Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - FOTO
“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - FOTO
“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - FOTO
“Yaradıcı həftə” ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

Oxunub: 285
Paylaş:
Digər xəbərlər

Mədəniyyət / Layihələr

17-11-2023, 10:22

Azərbaycanda yaradıcı sənayelər həftəsi (“Yaradıcı Həftə”) keçiriləcək

Mədəniyyət

23-11-2023, 12:13

“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək

Mədəniyyət

21-11-2023, 16:29

Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək

Mədəniyyət

22-11-2023, 11:14

Mədəniyyət Nazirliyi “Creative Talks” layihəsini ictimaiyyətə təqdim edir

Mədəniyyət

21-11-2023, 21:16

Türk Dünyasının Yumor Festivalı keçiriləcək

Araşdırma
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Elm və Təhsil
Dün, 23:31
Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Dün, 13:03
UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
25-06-2025, 19:35
Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
25-06-2025, 14:19
Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
Hadisə
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Son xəbərlər
  • Dün, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
  • Dün, 13:03
    UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
  • 25-06-2025, 23:26
    Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
  • 25-06-2025, 19:35
    Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
  • 25-06-2025, 18:26
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 25-06-2025, 14:19
    Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
  • 25-06-2025, 13:12
    Bazar günü rezidenturaya qəbul imtahanı keçiriləcək
  • 25-06-2025, 13:11
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:10
    Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:08
    II-III qruplarda 2-ci cəhd imtahanları keçiriləcək
  • 25-06-2025, 09:45
    Sertifikasiya nəticələrindən narazı olanların nəzərinə!
  • 25-06-2025, 09:42
    NAZİRDƏN ŞOK AÇIQLAMA-" Təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur"
  • 24-06-2025, 18:54
    Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
  • 24-06-2025, 18:19
    Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
  • 24-06-2025, 15:44
    DİM bu imtahana qeydiyyat elan edib
  • 24-06-2025, 15:43
    Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
  • 24-06-2025, 13:55
    Elmi-kütləvi ədəbiyyatların tərcüməsi məşğul olanlara pul verilsin!
  • 24-06-2025, 13:55
    İbtidai təhsilin beş il olması təklif edilir
  • 24-06-2025, 13:54
    Prioriterimiz təhsil sistemini bir qədər sadələşdirməkdir
  • 24-06-2025, 13:53
    Nazir: Bəzi fənlər şagirdlərə lazım olan bacarıqları vermir
  • 24-06-2025, 13:52
    Qarabağ Universitetində vakansiya var
  • 24-06-2025, 13:51
    Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
  • 24-06-2025, 13:50
    Məktəbli formaları dəyişməyəcək - Emin Əmrullayev
  • 24-06-2025, 13:48
    Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
  • 24-06-2025, 13:46
    FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
  • 24-06-2025, 13:37
    Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq
  • 24-06-2025, 13:36
    Sertifikasiya imtahanında sullar çətin olub? - Nazirdən REAKSİYA
  • 24-06-2025, 10:34
    Psixoloq qəbuluna dair apellyasiya prosesi başladı
  • 24-06-2025, 10:33
    "Biri aldadıldığını, digəri isə aldatmadığını deyir" - olimpiada qalmaqal böyüyür
  • 24-06-2025, 10:31
    Qabiliyyət imtahanlarına 36778 abituriyent qeydiyyatdan keçib
  • 24-06-2025, 10:31
    Bu gün onlar sertifikasiyadan keçəcək...
  • 24-06-2025, 10:30
    DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
  • 23-06-2025, 16:08
    Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
Daha çox
20-06-2025, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
23-06-2025, 16:08
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
20-06-2025, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
22-06-2025, 00:01
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə