Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

5 Dekabr – Beynəlxalq Könüllülər Günüdür

Gündəm

5-12-2023, 16:40

5 Dekabr – Beynəlxalq Könüllülər Günüdür


BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 5-i dünyada “İqtisadi və sosial inkişaf naminə Beynəlxalq Könüllülər Günü” kimi qeyd olunur.

tehsil.media xəbər verir ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. Könüllü kimi çalışan şəxs cəmiyyətə töhfə verməklə yanaşı, öz inkişafına dəstək olur, müxtəlif və fərqli problemlərin həllində yaxından iştirak edir. Könüllü fəaliyyət göstərmək çox böyük üstünlüklər verir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və könüllü fəaliyyəti müddətində qazandığı bilik və bacarıqlardan gələcək karyerasında da istifadə edir.

Müstəqil Azərbaycan Respublikasında könüllülük sahəsində əsl inkişaf Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komanda yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verilib.

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin dinamik və hərtərəfli inkişafında könüllülük fəaliyyəti mühüm önəm daşımağa başlayıb. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynayıb. Bu qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoyub.

Azərbaycan Prezidentinin bu sahəyə diqqəti, qayğısı və fəal dəstəyi könüllülüyün bugünkü yüksək inkişaf səviyyəsinə çatmasını təmin etməklə yanaşı, gənclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə son illərdə Azərbaycanın ev sahibliyi etdiyi “Avroviziya-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü cəlb olunub. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşıb.

Ölkəmizdə könüllülük hərəkatının inkişafında və bu sahədə qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunu xüsusilə vurğulamaq lazımdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində qeyd olunan mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradılıb, onların əməyi yüksək qiymətləndirilib.

2020-ci ilin “Könüllülər ili” elan edilməsi dövlətimizin, Prezidentimizin gənclərə diqqət və qayğısının daha bir bariz nümunəsi oldu. Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev onların iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında önə çəkilməsini, bütün dövlət qurumlarına könüllülərin cəlb olunmasını tövsiyə edib. Dövlətimizin başçısının bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına əlavə təkan verib. Bu tövsiyədən irəli gələrək müxtəlif dövlət qurumlarına könüllülərin cəlb olunmasına başlanılıb və bu iş uğurla davam etdirilir. Sevindirici haldır ki, könüllülərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar.

Azərbaycan könüllüləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Məhz yüzlərlə könüllü Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə atıldılar.

Könüllülərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində könüllülərin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan könüllülərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı könüllü gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. Artıq "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin tərkibində “Qarabağ Könüllüləri” Klubu fəaliyyətə başlayıb. Klubun məqsədi Qarabağ könüllülərini birləşdirmək, Qarabağa qayıdış prosesində, quruculuq və bərpa işlərində keçirilən aksiyalarda könüllü dəstəyini göstərməklə yanaşı, onların şəxsi inkişafına, gələcək fəaliyyətlərinə təkan verməkdir.

Oxunub: 138
Paylaş:
Digər xəbərlər

Ali təhsil

21-08-2023, 14:08

“BDU Könüllüləri” təşkilatının təşəbbüsü ilə 77 sosial və mədəni-kütləvi tədbir keçirilib

Ali təhsil

25-09-2023, 12:56

“BDU könüllüləri” təşkilatı yeni tədris ili üçün qəbul elan edib

Ali təhsil

1-12-2023, 12:39

BDU-da məlumatlandırma sessiyası keçirilib - FOTO

Məktəblər

1-12-2023, 15:09

“Məktəbli könüllü” proqramına start verilir

Elm və təhsil / Layihələr

18-10-2023, 13:32

“Təhsildə könüllülük” təşəbbüsünə start verilir

Araşdırma
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Elm və Təhsil
Bugün, 00:01
Azərbaycanda rusdilli məktəblər bağlanır...
Bugün, 00:00
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
Dün, 23:59
Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
Dün, 23:58
Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
Dün, 23:56
Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
Dün, 11:32
Məktəbli formaları 25 faiz UCUZLAŞDI
Hadisə
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
27-06-2025, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Son xəbərlər
  • Bugün, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • Bugün, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • Dün, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • Dün, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • Dün, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • Dün, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • Dün, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • Dün, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • Dün, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • Dün, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • Dün, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
  • 30-06-2025, 18:19
    Gənc kadrlar UNEC-də pedaqoji fəaliyyətə başlayır
  • 30-06-2025, 12:37
    İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
  • 30-06-2025, 12:35
    Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
  • 30-06-2025, 12:34
    Azərbaycanlı gənclər robot döyüşündə qalib gəldi
  • 30-06-2025, 12:33
    DİM iyulda bu imtahanları KEÇİRƏCƏK
  • 30-06-2025, 12:33
    Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib
  • 30-06-2025, 07:35
    İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
  • 29-06-2025, 13:52
    Kitabımız Kembric Universitetin kitabxanasında yer alıb
  • 29-06-2025, 13:50
    Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
  • 29-06-2025, 13:49
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
  • 28-06-2025, 14:06
    Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
  • 28-06-2025, 14:04
    Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
  • 28-06-2025, 14:03
    Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar
  • 28-06-2025, 14:02
    Sabah rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək
  • 27-06-2025, 12:59
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • 27-06-2025, 12:45
    "ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
  • 27-06-2025, 12:17
    Celebry imtahanı və ChatGPT cavabları
  • 27-06-2025, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • 26-06-2025, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Daha çox
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
25-06-2025, 14:19
Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
27-06-2025, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə