Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ali təhsil

9-12-2023, 13:30

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə tehsil.media - a AzMİU-dan məlumat verilib. Tədbirdən öncə AzMİU-nun kollektivi Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Rektor xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb: “Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olub. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçib. Heydər Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görüb. Həmin illərdə ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb, 6 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə yüksəlib. Bizim universitetin yaradılması təşəbbüsü də 1975-ci ildə məhz onun tərəfindən irəli sürülüb”.

Rektor Gülçöhrə Məmmədova Ulu Öndərin uzaqgörən və hərtərəfli siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb: “Azərbaycanlı olması ilə daim fəxr edən Heydər Əliyevin ruhu bu gün şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun siyasi kursunu davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımız əbədi azadlığına qovuşub”.

Ümummilli Liderin irsinin tədqiqatçısı, “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildliyinin müəllifi, Xalq yazıçısı Elmira Axundova Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, zəngin dövlətçilik irsindən söhbət açıb. Bildirib ki, Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu danılmazdır. Ümummilli Lider haqqında yazdığı kitab barədə ətraflı məlumat verən Elmira Axundova əsərdə də qeyd olunan bəzi nümunələri səsləndirərək Ulu Öndərin həyat və fəaliyyətindən maraqlı və real faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən memarlığın inkişafı naminə müstəsna fəaliyyətindən danışıb.

AzMİU-nun magistrantı Zərif Şirəliyeva çıxış edərək Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələrindən söz açıb, dahi şəxsiyyətin gənclərə göstərdiyi dəstəkdən danışıb.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Oxunub: 208
Paylaş:
Digər xəbərlər

Ali təhsil

8-05-2023, 18:30

AzMİU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Rəsmi

28-04-2023, 10:46

Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Gündəm

10-05-2023, 16:56

Prezident, birinci xanım və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Gündəm

10-05-2023, 14:29

AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTO

Elm və təhsil

10-06-2023, 11:53

AzMİU-da beynəlxalq konfrans keçirilib

Araşdırma
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
Elm və Təhsil
Bugün, 00:01
Azərbaycanda rusdilli məktəblər bağlanır...
Bugün, 00:00
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
Dün, 23:59
Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
Dün, 23:58
Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
Dün, 23:56
Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
Dün, 11:32
Məktəbli formaları 25 faiz UCUZLAŞDI
Hadisə
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
27-06-2025, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Son xəbərlər
  • Bugün, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • Bugün, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • Dün, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • Dün, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • Dün, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • Dün, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • Dün, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • Dün, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • Dün, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • Dün, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • Dün, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • Dün, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
  • 30-06-2025, 18:19
    Gənc kadrlar UNEC-də pedaqoji fəaliyyətə başlayır
  • 30-06-2025, 12:37
    İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
  • 30-06-2025, 12:35
    Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
  • 30-06-2025, 12:34
    Azərbaycanlı gənclər robot döyüşündə qalib gəldi
  • 30-06-2025, 12:33
    DİM iyulda bu imtahanları KEÇİRƏCƏK
  • 30-06-2025, 12:33
    Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib
  • 30-06-2025, 07:35
    İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
  • 29-06-2025, 13:52
    Kitabımız Kembric Universitetin kitabxanasında yer alıb
  • 29-06-2025, 13:50
    Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
  • 29-06-2025, 13:49
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
  • 28-06-2025, 14:06
    Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
  • 28-06-2025, 14:04
    Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
  • 28-06-2025, 14:03
    Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar
  • 28-06-2025, 14:02
    Sabah rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək
  • 27-06-2025, 12:59
    Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
  • 27-06-2025, 12:45
    "ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
  • 27-06-2025, 12:17
    Celebry imtahanı və ChatGPT cavabları
  • 27-06-2025, 11:42
    MİQ imtahanlarının tarixi, yeri və saatı AÇIQLANDI
  • 26-06-2025, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Daha çox
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
25-06-2025, 14:19
Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
27-06-2025, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə