Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Elmi şura yeni ildən əmək haqqlarının artımı anonsunu verdi

Elm və təhsil

22-12-2023, 10:14

Elmi şura yeni ildən əmək haqqlarının artımı anonsunu verdi


Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şura 2023/2024-cü tədris ilinin son iclasını nikbin notlarla başlayıb.

tehsil.media xəbər verir ki, LDU-nun rektoru, Elmi şuranın sədri prof. Natiq İbrahimov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra Azərbaycan müəllimlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayında Lənkəran Dövlət Universiteti nümayəndə heyətinin iştirakından, bu möhtəşəm tədbirin doğurduğu yüksək təəssüratdan, ali təhsil müəssisələrinin qarşısına qoyulan təxirəsalınmaz vəzifələrdən danışıb.

Prof. Natiq İbrahimov sevincini Elmi şura üzvləri ilə paylaşaraq bildirib ki, Lənkəran Dövlət Universitetinin təhsildə yüksək nailiyyətləri olan 2 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb və təqaüd tələbələrə Azərbaycan müəllimlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayında təntənəli şəkildə təqdim edilib. Rektor yüksək təqaüdə layiq görülən riyaziyyat-informatika müəllimliyi II tədris ili tələbəsi Nuranə Novruzlunu və kimya-biologiya müəllimliyi III tədris ili tələbəsi Elmira Rüstəmovanı Elmi şura üzvlərinə təqdim edib. Elmi şurada söz alan tələbələr LDU-da keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə və göstərilən diqqətə görə ölkə başçısına və universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Xoş anlar tələbələrin Elmi şura üzvləri ilə birgə çəkdirdikləri xatirə şəkillərində əbədiləşdirilib.

Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2023/2024-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri” olub. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib. Məlumatda bildirilib ki, 2023/2024-cü tədris iliniun payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 07.01.2024-cü il tarixindən 01.02.2024-cü il tarixinədək, qiyabi təhsilalma forması bakalavriat səviyyələrinin tədris qrupları üçün 08.01. 2024-cü il tarixindən 13.01.2024-cü il tarixinədək keçiriləcəkdir. Bütün fakültələr üzrə imtahanlar iki növbəli olmaqla, 1-ci növbə saat 09.00- 11.30-da, 2-ci növbə 14.00-16.30 aralığında təşkil ediləcək. Sessiyanın gedişi zamanı imtahanların nəticələrindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması, müvafiq qərar qəbul edilməsi məqsədi ilə bütün tədris korpuslarında Apellyasiya komissiyaları və Operativ qərargahlar yaradılıb. Hər imtahan sessiyasında olduğu kimi bu sessiyada da imtahan nəticələri universitetin elektron bazasına yerləşdiriləcək və tələbələr nəticələrini şəxsi elektron kabinetində öyrənə biləcəklər.


“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri” haqqında kollecin direktoru Leyla İbrahimovanın məlumatı dinlənilib. Məlumatda bildirilib ki, əyani təhsilalma forması üzrə tədris qrupları üçün 29.12.2023-cü il tarixindən 03.02.2024-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçünsə 07.01.2024-cü il tarixindən 12.01.2024-cü il tarixinədək olan müddətdə (ümumi orta təhsil bazasından I tədris ilinndə təhsil alan qruplar istisna olmaqla) əyani formada keçiriləcək. Bütün şöbələr üzrə imtahanlar əyani təhsilalma forması üzrə saat 09.00-da, qiyabi təhsilalma forması üzrə saat 14.00-da başlanacaq və tələbələrə sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt veriləcək. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ aradan qaldırmaq məqsədilə kollecdə də Apellyasiya komissiyası və Operativ qərargah yaradılıb. Ümumilikdə kollec üzrə 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında əyani və qiyabi təhsilalma formaları üzrə 26 ixtisas üzrə 53 qrupda 919 tələbənin imtahanlarda iştirakı nəzərdə tutulur.

Sosial məsələlər üzrə prorektor prof. Kamran Kazımov Elmi şura üzvlərinə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı görülən işlərin hesabatı”nı verib.
“Universitetin 2024-cü təqvim ili üçün smeta və ştat cədvəlinin təsdiqi barədə” Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadənin əmək haqqlarının artımı ilə bağlı məlumatı xoş sürpriz olub. Belə ki, universitetdə 01.01.2024-cü ildən əmək haqqı artımı 01 yanvar 2023-cü illə müqayisədə 25,5% olacaqdır. Eyni zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar da LDU-nun bütün işçi-müəllim heyəti 150-320 manat aralığında mükafat alacaqlar.

Elmi şurada LDU-nun Elmi katibi Allahşükür Quliyev universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin hesabatını təqdim edib.

Şura iclasında cari məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. İclası Elmi şuranın sədri, prof. Natiq İbrahimov yekunlaşdırıb, şura üzvlərini, LDU-nün bütün professor-müəllim-tələbə-işçi heyətini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, xoş bayram ovqatı arzulayıb. Elmi şuranın son iclası elə bu ovqatla da yekunlaşıb.

Elmi şura yeni ildən əmək haqqlarının artımı anonsunu verdi

Elmi şura yeni ildən əmək haqqlarının artımı anonsunu verdi

Oxunub: 204
Paylaş:
Digər xəbərlər

Ali təhsil

18-12-2023, 10:04

LDU-nun 2 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Ali təhsil

18-12-2023, 13:18

BMU tələbələrinə “Heydər Əliyev adına təqaüd” təqdim olunub

Ali təhsil

14-12-2023, 17:14

BMU-nun 3 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb - FOTO

Ali təhsil

16-11-2023, 12:20

Ankara Universitetinin nümayəndə heyəti LDU-ya səfər edib

Gündəm

27-05-2023, 11:57

UFAZ-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçiriləcək

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Bugün, 19:19
Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
Bugün, 13:50
"Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
Bugün, 13:49
ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
Bugün, 13:49
Yaponiyada yeni fənn tədrisinə başlanılıb
Bugün, 13:48
Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
Bugün, 13:47
DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
Hadisə
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Son xəbərlər
  • Bugün, 19:19
    Təhsil yoxsa ticarət? – Direktor və ailəsinin Qusar məktəbində qurduğu sistem ifşa oldu
  • Bugün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Bugün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Bugün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Bugün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Bugün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Bugün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Bugün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Bugün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Bugün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Bugün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Bugün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • Dün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Dün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
Daha çox
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
30-06-2025, 12:37
İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə