Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

Gündəm

6-01-2024, 11:00

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür


Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.

tehsil.media xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 86 il ötür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Mən gəncəm, bilirəm, istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var,

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var.

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib.

Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Oxunub: 195
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

5-06-2023, 19:16

MEK-də Mikayıl Müşfiqin doğum günü münasibətilə sərgi açılıb

Müsabiqələr / Layihələr

5-01-2024, 12:18

Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Ali təhsil

7-06-2023, 11:42

690 bal toplayan Mikayıl ABŞ-ın 5 universitetindən qəbul alıb

Mədəniyyət

23-11-2023, 10:42

Bu gün Üzeyir Hacıbəylinin anım günüdür

Gündəm

4-01-2024, 11:25

Cəlil Məmmədquluzadənin anım günüdür

Araşdırma
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Elm və Təhsil
Bugün, 11:33
Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
Bugün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Dün, 16:57
Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
Dün, 10:22
Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
Dün, 10:21
Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
Dün, 10:19
Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
Hadisə
Bugün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
27-06-2025, 12:45
"ARTİ sualların sızmasının qarşısını almalıdır" - Ekspertdən sertifikasiya ilə bağlı TƏKLİF
Son xəbərlər
  • Bugün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Bugün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • Dün, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • Dün, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • Dün, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • Dün, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • Dün, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • Dün, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • Dün, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
  • 30-06-2025, 18:19
    Gənc kadrlar UNEC-də pedaqoji fəaliyyətə başlayır
  • 30-06-2025, 12:37
    İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
  • 30-06-2025, 12:35
    Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
  • 30-06-2025, 12:34
    Azərbaycanlı gənclər robot döyüşündə qalib gəldi
  • 30-06-2025, 12:33
    DİM iyulda bu imtahanları KEÇİRƏCƏK
  • 30-06-2025, 12:33
    Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilib
  • 30-06-2025, 07:35
    İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
  • 29-06-2025, 13:52
    Kitabımız Kembric Universitetin kitabxanasında yer alıb
  • 29-06-2025, 13:50
    Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
  • 29-06-2025, 13:49
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB
  • 28-06-2025, 14:06
    Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
  • 28-06-2025, 14:04
    Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
Daha çox
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
Bugün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
27-06-2025, 12:17
Celebry imtahanı və ChatGPT cavabları
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə