Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Daşkənddə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Mədəniyyət

30-01-2024, 13:26

Daşkənddə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub


Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin əməkdaşları, “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və digər qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstələri qoyublar.

Nizami adına Daşkənd Dövlət Universitetində keçirilən, Özbəkistan hökumətinin nümayəndələrinin, yerli ictimaiyyətin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təmsilçilərinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdikləri təqdimat mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliklərinin, səfir Hüseyn Quliyevin dəstəyi və kitabın müəllifi Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasiminin moderatoru Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov tədbiri açdıqdan sonra çıxış edən Nizami adına Daşkənd Dövlət Universitetinin rektoru, professor Abduqaffar Qırğızbayev iki ölkə arasında dostluq və əməkdaşlığın gündən-günə genişlənib möhkəmləndiyini, Özbəkistan rəhbərliyinin Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi diqqət yetirdiyini bildirib. Rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti haqqında danışan rektor 25 minə yaxın tələbənin təhsil aldığı universitetin Özbəkistanda müqəddəs bir missiyanı həyata keçirdiyini, pedaqoji kadrlar hazırlayaraq ölkənin tərəqqisinə töhfə verdiyini söyləyib. O, Heydər Əliyev dühasının böyüklüyündən söz açıb, onun təkcə Azərbaycan üçün deyil, Özbəkistan üçün də çox böyük və dəyərli şəxsiyyət olduğunu bildirib. Abduqaffar Qırğızbayev Heydər Əliyevin sovet dönəmində özbək xalqına qarşı həyata keçirilən “Pambıq işi”, digər faciə və təxribatların qarşısının alınmasında fədakarlığını xatırladıb.

Səfir Hüseyn Quliyev çıxışında Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmlənməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məlumat verib. Qeyd edib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev haqqında çoxlu kitablar, böyük, maraqlı, dəyərli əsərlər yazılıb, yazılır və bundan sonra da uzun illər yazılacaqdır. “Heydər Əliyev haqqında yazılan hər bir əsəri yüksək qiymətləndirirəm. İlk növbədə, hesab edirəm ki, müəllif Emil Nəsirlinin Heydər Əliyevə həsr olunan bu kitabı, hər şeydən əvvəl, Ulu Öndərin şəxsiyyətinə böyük hörmətin və ehtiramın ifadəsidir. “Heydər Əliyevin həyatının 100 anı” kitabında bu hörməti və ehtiramı müşahidə etmək, görmək, duymaq mümkündür. Digər tərəfdən, Heydər Əliyevə həsr olunan bu kitabı, eyni zamanda, Ümummilli Liderin şəxsiyyətinin, miqyasının və böyüklüyünün etirafının yeni bir nümunəsi sayıram. Əminəm ki, bu nəşr xüsusilə də gənclərin Heydər Əliyevin zəngin irsini, o cümlədən elmi irsinin öyrənmələrinə böyük töhfə verəcək”, – deyə səfir diqqətə çatdırıb.

Sonra çıxış edən yazıçı, alim-tərcüməçi Babaxan Şərif, Qadınlar Komitəsinin eksperti, Özbəkistanın Mənəviyyat və Maarifçilik Mərkəzinin üzvü Jamilya Şermuxamedova, yazıçı-tərcüməçi Şokir Dolimov, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin kafedra müdiri, fəlsəfə elmləri doktoru Niginaxon Şermuxamedova Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən, həm sovet dövründə, həm də müstəqillikdən sonra iki qardaş respublika arasında əlaqələrin qurulmasında və inkişafında tarixi rolunun olduğunu vurğulayıblar. Onlar Azərbaycanla münasibətlərin Özbəkistan üçün daim prioritet olduğunu, Ulu Öndər tərəfindən təməli qoyulan əlaqələrimizin bu gün Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Təqdimat mərasimində çıxış edən Emil Nəsirli müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və ivrit dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verib. O vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının Sərəncamı ölkə ziyalıları və elm xadimləri tərəfindən sevinclə qarşılanıb. “Bu dahi şəxsiyyətin yubileyini qeyd etməklə biz dövlətçiliyimizin tarixi ənənəsini yaradırıq. Gənc nəsil bu ənənəni əsrlər boyu davam etdirəcək və gələcəkdə Azərbaycan dövlətini Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığını biləcək, onun irsini daha dərindən öyrənəcəklər”, - deyə müəllif qeyd edib.

E.Nəsirli, həmçinin diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, elmi, mənəvi irsi bütövlükdə Azərbaycanın dövlətçilik məfkurəsinin formalaşmasına, ölkəmizdə praktik siyasətin həyata keçirilməsinə böyük töhfələr verib və bu gün də verməkdədir. Onun mənəvi irsi nə qədər ki, Azərbaycan olacaq, həmişə Azərbaycanın inkişaf yoluna bir mayak kimi işıq saçacaqdır. Kitabın çox mühüm məziyyətlərindən biri də təbii ki, Heydər Əliyevə sevgi, hörmət və ehtiramı özündə ehtiva etməsidir. “Bu kitab dahi şəxsiyyət Heydər Əliyev irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır. Gələcəkdə kitabı, həmçinin Çin, fransız, ispan və başqa dillərə tərcümə etməyi nəzərdə tutmuşuq ki, dost ölkələrin hamısında mümkün qədər yayılsın. Artıq kitabın ivrit dilinə tərcüməsinə başlanılıb. Əsərin məzmunu Ulu Öndər Heydər Əliyevin demək olar bütün fəaliyyətinin, o cümlədən quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir”, – deyə Emil Nəsirli bildirib.

Təqdimatda çıxış edən tanınmış özbək publisisti, şair və yazıçısı, “Heydər Əliyevin zəfəri” və “Azərbaycanın zəfəri” kitablarının müəllifi İsmət Kuçiyev deyib ki, Heydər Əliyevin xalqına, dövlətinə, milli-mənəvi dəyərlərinə olan münasibəti əbədi qalacaq. “Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli Lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub”, - deyə o əlavə edib.

Emil Nəsirli, həmçinin bildirib ki, “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya şurasının qərarı ilə İsmət Kuçiyev beynəlxalq jurnalın fəxri üzvü seçilib və ona fəxri üzvlük sertifikatı təqdim edilib.

Tədbirdə Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlər ilə əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Oxunub: 159
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

20-12-2023, 10:33

BŞİH-də “Heydər Əliyev” kitabının təqdimatı keçirilib - FOTO

Dünya

22-01-2024, 18:26

Heydər Əliyev haqqında kitab İspaniya Milli Kitabxanasının rəsmi portalında

Gündəm

27-11-2023, 17:19

“Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

Elm və təhsil / Mədəniyyət

17-04-2023, 19:35

Ulu Öndərə həsr olunmuş “Qarlı zirvə” kitabının təqdimatı olub

Ali təhsil

13-12-2023, 12:43

Radiasiya Problemləri İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Araşdırma
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Elm və Təhsil
Bugün, 13:50
"Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
Bugün, 13:49
ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
Bugün, 13:49
Yaponiyada yeni fənn tədrisinə başlanılıb
Bugün, 13:48
Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
Bugün, 13:47
DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
Bugün, 13:47
Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Hadisə
Bugün, 12:37
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Son xəbərlər
  • Bugün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Bugün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Bugün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Bugün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Bugün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Bugün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Bugün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Bugün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Bugün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Bugün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Bugün, 12:37
    Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
  • Bugün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • Dün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Dün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
Daha çox
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
30-06-2025, 12:37
İkinci iş yerində çalışmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə