Dil bir xalqın, millətin varlığıdır. Cəmiyyət inkişaf etdikcə, dil də dəyişikliyə uğrayır. Amma bu o demək deyildir ki, dil məhv edilsin. Bir millət olaraq dilimizi qorumalı, dilimizə sahib çıxmalıyıq.
Bu gün dilimiz varvarizmlərlə doludur. Türk, rus, ingilis və fransız dillərində danışıqlar çoxalıb.
Hətta hüsnxəttə bəzi hərflər əvvəlki kimi yazılmır. Hərflərin yazı şəkli dəyişməli deyildir. Belə bir ehtiyac yoxdur.
Artıq dilimiz sözyaratma prosesində də iştirak etmir. Demək olar ki, dilimiz yadlaşır. Hansı sahəyə baxsaq ancaq termin yığınıdır. Elmin inkişafı sanki dilimizi əlimizdən alır.
Dildə beynəlmiləlləşmə prosesi gedir. Artıq vahid bir dünya dilinə doğru gedirik. Amma bu nə qədər dilimiz üçün xeyirlidir? Çox zəngin dilimiz olmasına baxmayaraq bu gün dilimizin kasad olduğunu, fikir bildirmək üçün kifayət etmədiyi deyilir.
Dünənə kimi 32 hərf, 34 səs deyirdilər, indi bir səs də əlavə ediblər. Bu şəkildə inkişaf bizi hara aparır. Müsbət tərəfə yoxsa mənfiyə?
Dil inkişaf etməlidir. Amma bu şəkildə etməlidirmi?
Bu həqiqətən düzgündürmü?