Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir

Mədəniyyət

1-02-2024, 16:28

Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətidir


Bu gün Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edir. Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət verilir. Təhsilin maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Ölkəmizdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu fikirləri UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İlahə Həsənova söyləyib. O bildirib ki, ötən iyirmi il ərzində təhsilin təkmilləşdirilməsi istiqamətində böyük işlər görülüb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması bu sahənin inkişafında yol xəritəsi rolunu oynayıb. “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranıb və prosesin davamlılığı bu gün də təmin edilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan təhsil sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən də həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənir, bütövlükdə təhsilin infrastrukturu müasirləşir.

O qeyd edib ki, gələcəyimiz olan gənclərimizin xaricdə təhsil alması üçün dövlət proqramları icra olunur. Bütün bunlar təhsilin inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra regionun lider ölkəsi olan Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa və quruculuq işləri aparılır. “Böyük Qayıdış” prosesinə start verilib. Bu quruculuq işləri təhsildən də yan keçmir. Çünki 30 il davam edən işğal müddətində erməni vandalizmi təhsil müəssisələrindən də yan keçməmişdi. Belə ki, işğaldan əvvəl həmin ərazilərdə ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Bu təhsil müəssisələri işğal dövründə yerlə-yeksan edilmişdi. Artıq təhsil müəssisələri bir-birinin ardınca bərpa olunur. Öz doğma torpaqlarına qayıdan vətəndaşlarımız müasir standartlara cavab verən yeni məktəblərdə təhsil alırlar.

“Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra 2030-cu ilədək sosial-iqtisadi inkişafımız üçün müəyyən edilmiş milli prioritetlərin hər biri insan kapitalının və sosial rifahın inkişafına xidmət edir. Qarşıda duran məqsədlərə nail olmaq üçün Azərbaycan XXI əsrin tələblərinə uyğun təhsil siyasətinin həyata keçirilməsi ilə keyfiyyətli insan kapitalını daha da gücləndirməyi hədəfləyir. Son 20 ildə təhsilin pillə və səviyyələri üzrə inkişafı və onun əlçatanlığı, eləcə də elmin və elmi-tədqiqat potensialının müasirləşdirilməsi istiqamətində əsaslı işlər görülüb, ölkədə təhsilin bütün pillə və səviyyələri üzrə infrastruktur və məzmun islahatları həyata keçirilib, ali təhsilli vətəndaşların sayının artırılması və peşə təhsilinin əhatəsinin genişləndirilməsi məqsədilə davamlı islahatlar aparılıb. Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclərinin hər il məqsədli artımı 2003 və 2023-cü illər üçün statistik göstəricilərə münasibətdə daha aydın göstərir. Belə ki, 2003-cü ilin statistikasına əsasən, dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat təşkil edirdisə, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,4 milyard manat olub. Deməli, 20 il ərzində təhsil xərcləri 18 dəfədən çox artıb.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Azərbaycanda vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılır, təhsilin inkişafı naminə mühüm addımlar atılır. Təhsil sahəsində görülən işlər, qazanılan uğurlar növbəti illərdə də dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə təminat verir”, - deyə İlahə Həsənova vurğulayıb.

Oxunub: 201
Paylaş:
Digər xəbərlər

Elm və təhsil

24-01-2024, 11:51

Təhsilimizin 20 ili: Maaşlar artırılıb, məktəblər yenilənib - Yeni hədəflər nələrdir?

Elm və təhsil

26-01-2024, 12:56

Təhsilin İnkişafı Fondu BETT qlobal təhsil texnologiyaları sərgisində

Elm və təhsil

19-10-2023, 16:57

Təhsilin İnkişafı Forumu keçiriləcək

Ali təhsil

12-10-2023, 19:12

Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir

Ali təhsil

21-12-2023, 20:30

ADPU-nun 26 tələbəsinə IELTS sertifikatı təqdim olunub

Araşdırma
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Elm və Təhsil
Bugün, 13:50
"Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
Bugün, 13:49
ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
Bugün, 13:49
Yaponiyada yeni fənn tədrisinə başlanılıb
Bugün, 13:48
Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
Bugün, 13:47
DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
Bugün, 13:47
Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Hadisə
Bugün, 12:37
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Son xəbərlər
  • Bugün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Bugün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Bugün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Bugün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Bugün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Bugün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Bugün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Bugün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Bugün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Bugün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Bugün, 12:37
    Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
  • Bugün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • Dün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Dün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
Daha çox
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Bugün, 12:37
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə