ADPU "kursların" doğma məkanı olub!
Həm də bu yollar o qədər adiləşib ki, kurslar da rahatlıqla səhifələrində bunları paylaşırlar.
1. Maraqlı məqamlardan biri onsuz da müəllim yetişdirən bir təhsil ocağı niyə kurslarla anlaşmalıdır?
2. Kurslar daha çox pul qazanmaq və daha çox tələbə əldə etmək üçün ADPU- ya axın edirlər. Tələbələri cəlb edib yaxşı gəlir əldə edirlər. Burda ADPU-nun bəs maddi marağı nədir?
3. Ən gülməli və biabrçılıq tərəfi budur ki, ADPU müəllim yetişdirir. Deməli, yetişdirmir ki, hələ təhsil bitməmiş, tələbələr kurslara yönləndirilir.
4. Universitetdə kurs müəllimləri gəlib təlim keçirlər. Bəs universitet müəllimləri elə kurs müəllimlərinin özünə də dərs keçəcək səviyyədə ikən bunun səbəbi nədir?
5. Belə çıxır ki, universitet təhsil vermir. Müəllim yetişdirə bilmir. Ona görə də kənardan dəstək alır. Onda bağlansın universitet. Beləliklə, işsiz müəllim ordusunun da sayı azalsın.
6. TAİM və Prestij-S kursları başda olmaqla kurslar ADPU-nu sanki icarəyə götürüblər. Tələbələri aralarında bölürlər, bəlkə də...
Biz nəyə xidmət edirik? Bu necə biabrçılıqdır?
Təhsil ocağı niyə kursların onlarla anlaşmasına şərait yaratmalıdır. Kursları bu həddə gətirən nədir? Buna necə icazə verilib? Kursların marağı ortadadır. Bu özü də bir cinayətdir. Amma görünür ki, kimsə üçün maraqlı deyil. Hər kəs öz marağının qarşılığını alıb.
Cəfər Cəfərovun bu olanlara susmasının səbəbi nədir?